• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayon sakinləri İcra başçısının qəbulunda olublar

Yasamal rayon sakinləri İcra başçısının qəbulunda olublar
30.10.2023 17:58
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün oktyabr ayı üzrə növbəti qəbul keçirilib.
 
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qurumun inzibati binasında qəbul edib.Tədbirdə habelə Yasamal RİH-in vəzifəli şəxsləri, həmçinin rayon bələdiyyəsinin və MKTB rəhbərliyi də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri məhəllədaxili yolların asfalt örtüyünün təzələnməsi, qonşular arasında tikintiyə dair mübahisələr, yanğından maddi cəhətdən zərərçəkmiş vətəndaşlara yardım, bina konstruksiyasının qanunsuz dəyişikliyi, sakinlər arasında torpaq mübahisəsi, ictimai iaşə obyektlərinin fəaliyyəyəti və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavablar və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol