• $
  • €
  • ₽
  • ₺
  • £

"Azerçay” Şəhid Pənah Məmmədovun xatirəsinə həsr olunan tədbir təşkil etdi (FOTO/VİDEO)

07.11.2023 18:40
"Azerçay” Şəhid Pənah Məmmədovun xatirəsinə həsr olunan tədbir təşkil edib.


Yaranan gündən ölkəmizin dəyərləri, tarixi və mədəniyyətinə xüsusi həssaslıqla yanaşan "Azerçay” növbəti dəfə ənənəsinə sadiq qalıb. Dünyanın 40-dan artıq ölkəsində "Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan milli markamızın dəstəyi ilə bu dəfə Şəkinin Zəyzid kəndində 8 noyabr "Zəfər Günü” münasibəti ilə və Şəhid Pənah Məmmədovun əziz xatirəsinə həsr olunan tədbir keçirilib.


Şəhid ailəsinin ziyarəti ilə başlanan tədbirdə kənd icra nümayəndə heyəti, məktəbin rəhbər və müəllim heyəti, "Azərsun Holdinq”in regional satış rəhbərliyi və "Azerçay” marketinq komandası iştirak edib. Qonaqlara çay ziyafətinin verildiyi layihədə iştirak edən şagirdlərə çay çeşidləri və məktəb ləvazimatları hədiyyə olunub.

 
Bununla yanaşı marka nümayəndələri şəhid ailələrinə də müxtəlif çay çeşidlərindən hədiyyə təqdim edib.


Qeyd edək ki, Pənah Məmmədov 2000-ci il avqustun 26-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Pənah Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur
döyüşçü", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


Tədbirdən videonu izləmək üçün keçid:

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 00:07
Bu ərazilərdə işıq olmayacaq
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:19
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Cəmiyyət 20:10
Xocavənddə dağlıq ərazidə yanğın başlayıb
Sabirabadda avtoqəza olub, ölən var
Cəmiyyət 19:30
Sabirabadda avtoqəza olub, ölən var
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol