Qlobal gündəlik neft hasilatı gələn il üçün proqnozu artırıb
2023-cü ildə gündəlik qlobal neft hasilatı 1,7 milyon barel artaraq 101,8 milyon barelədək çatacaq. Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) 2023-cü il üçün aylıq hesabatında bildirilib.
Məlumata görə əvvəl bu rəqəm proqnoza görə - 1,5 milyon barel olub.
Bildirilir ki, qlobal neft hasilatının artımı ABŞ və Braziliya hesabına mümkün olacaq.
Agentlik 2024-cü ildə gündəlik qlobal neft tədarükünün 1,6 mln. barel artaraq 103,4 milyon barel çatacağını ehtimal edir.
OPEC 2023-cü ildə ABŞ-ın neft hasilatının gündəlik 12,8 milyon barrelə yüksələcəyini gözləyir. OPEC 2023-cü ildə ABŞ-da neft və kondensat hasilatı üzrə proqnozunu oktyabr ilə müqayisədə gündəlik 20 min barel artırıb. Təşkilatın noyabr hesabatına əsasən, ABŞ-da hasilat üzrə proqnozu gündəlik 0,85 milyon barel artırılaraq 12,76 milyon barel olacağı gözlənilir.
Əvvəlki hesabatda OPEC 2023-cü ildə ABŞ-da neft hasilatının gündəlik 0,83 milyon barel artaraq 12,75 milyon barel təşkil edəcəyini proqnozlaşdırmışdı.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İqtisadiyyat
10:24
IFC-nin maliyyə qurumları 2025-ci ildə mikro müəssisələrə 75,8 milyard dollarlıq kredit verib
İqtisadiyyat
10:04
Mərkəzi Bank rəsmisi : BOKT-lərin aktivləri strategiya dövründə iki-üç dəfə artıb