• $
  • €
  • ₽
  • ₺
  • £

Utilizasiyaya avtomobilini verən vətəndaşlara yeni maşın kompensasiya ödəniləcək

Utilizasiyaya avtomobilini verən vətəndaşlara yeni maşın kompensasiya ödəniləcək
01.02.2024 17:10
Öz köhnə nəqliyyat vasitəsini ultizasiyaya təqdim edən vətəndaşlar yeni nəqliyyat vasitələrinin alınmasında güzəşt məbləği əldə edəcəklər.  Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin əməkdaşı Qızılgül Həsənova nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib.
 
"Ölkəmizdə nəqliyyat vasitələrinin utilizasiyası könüllüdür. Vətəndaşlar öz nəqliyyat vasitələrini utilizasiyaya təqdim etməklə yeni avtomobilin alınması zamanı güzəşt məbləği və ya birdəfəlik ödəniş əldə edə biləcəklər", -  Həsənova bildirib. 
 
O həmçinin bildirib ki,  ultizasiya prosesi yeni iş yerlərinin yaradılmasına töhvə verəcək. 

"Utilizasiya prosesi nəqliyyat parkının yenilənməsi, insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərin azaldılması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin olunması, yerli avtomobil bazarının stimullaşdırılması və avtomobil istahsalçısının dəstəklənməsi, habelə, yeni iş yerlərinin yaradılmasına töhfə verəcəkdir”,  - Həsənova deyib. 
 
Amma nəqliyyat vasitələrini utilizasiyaya təqdim edərkən yeni avtomobilin alınması zamanı maşın sahiblərinə nə qədər güzəşt məbləği və ya birdəfəlik ödəniş veriləcəyi bildirilməyib. 
 
Utilizasiyaya verilmiş nəqliyyat vasitələri üçün birdəfəlik ödənişlər Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən "Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası"nda əksini tapıb.

Qaydaya əsasən, Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaiti iki istiqamətlər üzrə istifadə ediləcək.  Bunlardan birincisi, yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri utilizasiyaya verilmə barədə təsdiqedici sənəd təhvil verilməklə satın alınan zaman tətbiq edilən güzəşt məbləğlərinin nəqliyyat vasitələrinin satıcılarına geri ödənilməsini, ikincisi isə  operatorun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyalarının icrasının təşkili və təmin edilməsi üçün vəsaitin ödənilməsini nəzərdə tutub. 
 
Çiçək Sadatova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol