• $
  • £

“Abşeron” yatağından 130 milyon kubmetr qaz hasil edilib

“Abşeron” yatağından 130 milyon kubmetr qaz hasil edilib
13.02.2024 15:37
JOCAP  əməliyyat şirkəti ("Absheron Petroleum B.V.” Birgə Əməliyyat Şirkəti) 2024-cü ilin yanvarında Xəzər dənizindəki "Abşeron” qaz-kondensat yatağından 130 milyon kubmetr qaz hasil edib. Bu barədə Energetika Nazirliyi məlumat verib.


"Əməliyyat məlumatlarına görə, yanvarda "Abşeron” yatağından 130 milyon kubmetr təbii qaz və 50 min ton kondensat hasil edilib”, - nazirliyin məlumatında bildirilib. 

2023-cü ilin iyuldan  JOCAP "Abşeron” yatağından 930 milyon kubmetr təbii qaz və 350 min ton kondensat hasil edib.


"TotalEnergies” və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2023-cü il iyulun 10-da "Abşeron” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilata başlanıldığını elan ediblər.


Hazırda hasilatın birinci mərhələsi çərçivəsində "Abşeron” yatağından gündəlik 4,3 milyon kubmetr qaz və 1400 ton kondensat hasil edilir. Qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.


SOCAR və TotalEnergies Abşeron layihəsində bərabər iştiraka malik idilər - hər biri 50%. Bununla belə, 2023-cü il avqustun 4-də Abu Dabi Milli Neft Şirkəti (ADNOC) layihədə 30% - SOCAR və TotalEnergies-dən hər biri 15% pay alıb. Sövdələşmə başa çatdıqdan sonra SOCAR və TotalEnergies-in Abşeron layihəsindəki payları hər biri 35% təşkil edəcək.


"Abşeron” yatağının işlənməsini "Absheron Petroleum B.V.” Birgə Əməliyyat Şirkəti həyata keçirir. (JOCAP), SOCAR Abşeron (50%) və TOTAL E&P Absheron (50%) tərəfindən yaradılmışdır. Müqavilə 30 il müddətinə imzalanıb. Müqavilə sahəsi 747 kv. km.


Abşeron bloku Bakıdan 100 km aralıda, 500 metr dərinlikdə yerləşir. 2019-cu ildə SOCAR və TOTAL şirkəti "Abşeron” yatağında dərinliyi 7411 metr olan "ABD-001” istismar-qiymətləndirmə quyusunda qazma işlərini başa çatdırıb. İlkin hesablamalara görə, yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir, onun işlənməsi mərhələli şəkildə həyata keçiriləcək.


Birinci mərhələdə hasilat həcmi ildə 1,5 milyard kubmetr təşkil edəcək. Layihə ən yüksək həddə ildə 5,5-6 milyard kubmetr qaz hasil edə bilər.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Tunisə neft ixracı 2,4 dəfə artıb
İqtisadiyyat 22:14
Azərbaycandan Tunisə neft ixracı 2,4 dəfə artıb

"BP-Azerbaijan"da yerli işçi sayı açıqlanıb
İqtisadiyyat 15:41
"BP-Azerbaijan"da yerli işçi sayı açıqlanıb
Birbank Starkartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin   
İqtisadiyyat 15:14
Birbank Starkartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin   

Cənubi Qafqaz boru kəməri üzrə xərclər 25% artıb
İqtisadiyyat 14:42
Cənubi Qafqaz boru kəməri üzrə xərclər 25% artıb
Rusiyadan Ermənistana növbəti 14 vaqon buğda Azərbaycandan tranzitlə daşınacaq
İqtisadiyyat 10:27
Rusiyadan Ermənistana növbəti 14 vaqon buğda Azərbaycandan tranzitlə daşınacaq
Qızılın qiyməti 4 300 dolları ötüb
İqtisadiyyat 10:16
Qızılın qiyməti 4 300 dolları ötüb

Dünya bazarlarında neft ucuzlaşır
İqtisadiyyat 09:42
Dünya bazarlarında neft ucuzlaşır


Bu günün valyuta məzənnələri açıqlnıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlnıb
Avropada təbii qazın qiyməti Yaxın Şərqdən gələn diplomatik siqnallar fonunda enib
İqtisadiyyat 08:16
Avropada təbii qazın qiyməti Yaxın Şərqdən gələn diplomatik siqnallar fonunda enib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol