• $
  • £

Nazirlik Mövlud Süleymanlının vəfatı ilə bağlı nekroloq yayıb - Yenilənib

Nazirlik Mövlud Süleymanlının vəfatı ilə bağlı nekroloq yayıb - Yenilənib
21.02.2024 22:39
Mədəniyyət Nazirliyi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda deyilir:

"Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Əməkdar incəsənət хadimi, Xalq yazıçısı Mövlud Süleymаnlı 21 fevral 2024-cü il tarixində, ömrünün 81-ci ilində vəfat edib.

Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il mаrtın 18-də Qərbi Azərbaycanda – Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.

Mövlud Süleymanlı 1968-ci ildə Аzərbаycаn Radiosundа əmək fəaliyyətinə başlayıb. 1992–2009-cu illərdə Аzərbаycаn Dövlət Telerаdiо Şirkətinin rаdiо üzrə sədr müаvini vəzifəsində işləyib. O, həmçinin "Azərbaycanfilm” kinostudiyasında, "Ulduz" və "Azərbaycan” jurnаllarındа müxtəlif vəzifələrdə çalışıb.

Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayan Mövlud Süleymanlının "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub. Daha sonra müəllifin şeirlərindən ibarət "Bir ünvan" adlı kitabı işıq üzü görüb.

Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının "Qar”, "Yanğın”, "Şanapipik”, "Şeytan”, "Dəyirman” əsərlərindən ibarət "Ayın aydınlığında” (1979) kitabı çapdan çıxıb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1980-ci illərin əvvəllərindən roman janrına müraciət edən yazıçının "Köç”, "Ceviz qurdu”, "Səs” əsərləri həmin dövr üçün Azərbaycan romançılığının inkişafında ayrıca mərhələ kimi səciyyələndirilib.

Mövlud Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub ("Kökdən düşmüş piano”, "Dəyirman” və s.), ssenariləri əsasında filmlər ("Çətirimiz buludlardır”, "Bəyin oğurlanması” və s.) çəkilib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən yazıçı "Əməkdar incəsənət xadimi” və "Xalq yazıçısı” fəxri adlarına, "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin”.
 
 18:52

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

Bu barədə APA-ya yazıçının oğlu məlumat verib.

O, atasının bir qədər əvvəl vəfat etdiyini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
Mədəniyyət 14:19
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Mədəniyyət 17:12
SAYBU karyerasının 10-cu ilində ilk albomunu təqdim edib — “Məcnun”
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Mədəniyyət 13:07
Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol