• $
  • £

Macarıstan nümayəndə heyətinin rəhbəri Azərbaycanla əlaqədar AŞPA sədrinə məktub ünvanlayıb

Macarıstan nümayəndə heyətinin rəhbəri Azərbaycanla əlaqədar AŞPA sədrinə məktub ünvanlayıb
26.02.2024 19:32
Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məktubda deyilir:
 
Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları və prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq. Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə və onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan, Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlmişdir. Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir.

Bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümumi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübəsi də sarsılmış, qurumun iki orqanı arasında inamsızlığın yaranmasına gətirib çıxarmışdır. Bu mənada, biz hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır. Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdirməkdədir.

Macarıstan nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA sədrini siyasi qruplarla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyətinin təcili surətdə Parlament Assambleyasının işinə geri qayıtmasına icazə verməyə çağırıb. Bunun artıq qurumun aprel ayında keçiriləcək sessiyasında baş verməsi arzuolunan hesab edilib. Nemet əminliyini bildirib ki, belə bir addımın atılması Azərbaycana Avropa Şurasının məruzəçilərini ölkəyə dəvət etməyə və onların səfərini təşkil etməyə şərait yaratmaqla yanaşı, həmçinin Parlament Assambleyasını ölkədə keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün dəvət etməyə də imkan verəcək.

Məktubun sonunda deyilir: "Qeyd olunanların fonunda, qış sessiyasında qəbul edilmiş 2527 (2024) saylı qətnaməyə bir daha etirazımızı ifadə edir, Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasına geri qaytarılması istiqamətində davamlı səylər göstərmək məqsədilə şəxsən özümün və həmkarlarımın dəstəyini təklif edirəm”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
Siyasət 23:43
Azərbaycan XİN zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verib
Prezidentin sosial şəbəkə hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb
Siyasət 20:02
Prezidentin sosial şəbəkə hesablarında Qırğızıstana səfəri barədə videoçarx paylaşılıb
Prezidentin Qırğızıstana səfəri başa çatıb
Siyasət 19:30
Prezidentin Qırğızıstana səfəri başa çatıb
"Mərkəzi Asiya–Azərbaycan" formatında ilk sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək
Siyasət 13:41
"Mərkəzi Asiya–Azərbaycan" formatında ilk sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək
Prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Siyasət 09:44
Prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Əliyev: Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitləri artırılacaq
Siyasət 09:12
Əliyev: Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitləri artırılacaq
Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
Siyasət 08:30
Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib
Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Siyasət 23:45
Baş nazir Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını rədd edib
Siyasət 20:29
Azərbaycan XİN Fransanın Martin Rayanla bağlı bəyanatını rədd edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol