• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlıların Ümrə ziyarətini asanlaşdırmaq üçün E-Viza istifadəyə verilib

Azərbaycanlıların Ümrə ziyarətini asanlaşdırmaq üçün E-Viza istifadəyə verilib
27.02.2024 19:01

Mən bu gün Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevlə görüşməkdən məmnun oldum. Biz Azərbaycan Respublikasından Səudiyyə Ərəbistanına gələn Allahın qonaqları (zəvvarlar) üçün prosedurların asanlaşdırılması və sadələşdirilməsi yollarını, Krallıq Hökumətinin bu sahədəki səylərini müzakirə etdik. Səmimi qəbula və səxavətli qonaqpərvərliyə görə Zati-alilərinə təşəkkür edirəm.

Bu fikirləri Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə keçirdiyi brifinqdə söyləyib.
 
Onu bu səfərdə hökumət və özəl sektorları təmsil edən yüksək səviyyəli nümayəndə heyətinin müşayiət etdiyini bildirən nazir deyib:

"Məqsədimiz "Səudiyyə: 2030-cu ilə Baxış” hədəflərinə uyğun olaraq rəqəmsal xidmətləri inkişaf etdirmək və müstəsna təcrübənin tətbiqi ilə yaradılan təşəbbüs və imkanlar haqqında Azərbaycan Respublikasındakı qardaşlarımıza məlumat verməkdir. Sizi əmin edirəm ki, Krallığın Hökuməti və onun bütün dövlət və özəl sektorları iki Müqəddəs Məscidi ziyarət etmək üçün dünyanın hər yerindən daha çox müsəlmanın gəlməsini asanlaşdırmaq məqsədi daşıyan prosedurlar və qanunlar hazırlamağa səy göstərir, onların Ümrə ziyarəti və iman səyahətlərini mükəmməlləşdirməyə, mədəni təcrübələrini zənginləşdirməyə çalışır”.

"Azərbaycan Respublikası vətəndaşlarının ziyarətini asanlaşdırmaq məqsədilə VİSİTSAUDİ portalı vasitəsilə və ya ölkəyə gəldikdən sonra hava limanlarında əldə edə biləcəkləri, birillik çoxdəfəlik E-Viza istifadəyə verilib ki, onunla qalma müddəti 90 günə qədərdir. Bu da onlara Ümrə ziyarətini yerinə yetirmək və Krallığın qalan bölgələrini ziyarət etmək imkanı verir. Həmçinin müvafiq tətbiqi vasitəsilə Ümrə icazəsi və ər-Raudə əş-Şərifə ziyarət icazəsini asanlıqla və rahatlıqla əldə etməyə şərait yaradır”, - nazir vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol