• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib


İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
25.09.2026 15:54

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

"Hörmətli Sərdar Qurbanquliyeviç, Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, müstəqilliyinin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində sanballı uğurlara imza atmış, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan qardaş ölkənizin bu nailiyyətlərinə səmimi-qəlbdən sevinir və dünyada geniş tanınma qazanmış Türkmənistanın daimi bitərəflik siyasətini həmişə dəstəkləyir.

Tarixi köklər, ortaq milli-mənəvi dəyərlər və mehriban qonşuluq telləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə, xüsusilə də ticari-iqtisadi, enerji, nəqliyyat-logistika, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu xüsusda, iyun ayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfərini yüksək qiymətləndirir, səfər çərçivəsində apardığımız danışıqların, imzalanmış sənədlərin və əldə olunmuş razılaşmaların Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından xüsusi önəm daşıdığını bildirirəm.

İnanıram ki, Azərbaycan-Türkmənistan dostluğu və əməkdaşlığı birgə səylərimizlə bundan sonra da dinamik inkişaf etməyə davam edəcək, strateji xarakter daşıyan tərəfdaşlığımız xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
Siyasət 20:35
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti müzakirə edilib
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Siyasət 18:41
Ceyhun Bayramov Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Estoniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Siyasət 13:23
Estoniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Siyasət 11:04
İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Siyasət 15:24
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
Siyasət 11:12
İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Siyasət 11:00
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
Siyasət 10:07
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
Bizim həyat tərzimizə burnunu soxmasınlar - Prezident
Siyasət 17:26
Bizim həyat tərzimizə burnunu soxmasınlar - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol