• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir
28.02.2024 16:50
"Litres”ə Azərbaycan dilində yeni audio-kitablar əlavə olunub

Azercell "Litres” beynəlxalq elektron kitabxanasına xüsusi olaraq  Azərbaycan dilində hazırladığı  150 yeni audio-kitab əlavə edib. Bununla da Azərbaycan dilli "Litres”də e-kitab kolleksiyasının sayı 2700-ü ötüb.   

Müxtəlif dillərdə 200 mindən çox audio və e-kitabı özündə birləşdirən "Litres”, lisenziyalı elektron kitab bazarının lideridir. Azercell abunəçilərinə endirimli qiymətlə təklif olunan kitabxanada lider mobil operatorun yaratdığı eksklüziv məzmunla yanaşı bestsellerlər, klassiklər və müxtəlif xarici dillərdə ədəbiyyat yer alıb.

"Azercell Telekom” MMC müasir cəmiyyətdə mütaliə mədəniyyətinin, Azərbaycan dilində ədəbi məzmunun geniş müstəvidə təbliğatına dəstək məqsədilə rəqəmsal kitabxana layihəsi çərçivəsində indiyədək İmadəddin Nəsiminin qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox əsərini, "Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif elmi işləri, Qarabağ ədiblərinin nəzm və nəsr nümunələrini audio və elektron kitab formatlarında oxucuların istifadəsinə verib.


"Azercell Telekom”un 2017-ci ildən etibarən Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi rəqəmsal kitabxana və "Audiokitab” layihəsi Azərbaycan mədəni irsinin qorunub-saxlanılmasına, azərbaycanca rəqəmsal məzmunun zənginləşdirilməsinə xidmət edir. Uzunmüddətli layihə çərçivəsində hazırlanan kitablarla "Litres”, "Bookmate”, eləcə də Azercell-in "Youtube” kanalı vasitəsilə tanış olmaq olar.  




Azercell-in e-kitabxana tətbiqləri haqqında daha ətraflı məlumat almaq üçün: 


https://www.azercell.com/az/personal/digital-solutions/litres.html



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol