• $
  • €
  • ₽
  • ₺
  • £

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu
28.02.2024 16:57
"Nar” ADA Universiteti və "Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi "Jestdili.az” saytı tam yeniləndi. İlk elektron jest dili lüğəti, nitq və eşitmə məhdudiyyətli şəxslərin və onların yaxınlarının onlayn şəkildə istənilən yerdə və vaxtda Azərbaycan jest dilini tamamilə pulsuz öyrənməyə imkan verir. 

Saytın yeni versiyasında 4000 sözün video tərcüməsi ilə yanaşı, gündəlik həyatda istifadə edilən 500 cümlə  nümunəsi də təqdim edilib. İstifadəçilərin rahatlığını təmin etmək üçün "jestdili.az”ın interfeysi də təkmilləşdirilib. ADA universitetinin İnformasiya Texnologiyaları fakültəsinin tələbələri saytın müasir dizayn, yenilənmiş axtarış sistemi və bir çox digər funksiyalarla zənginləşməsini təmin ediblər. 

"Ünsiyyət hər kəs üçün” adlı konfransda "Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiyalar Departamentinin direktoru Əziz Axundov qeyd edib ki, "jestdili.az” saytındakı son yeniliklər bu resursun əhatə dairəsini genişləndirəcək. "Biz müştərilərimizə ən yaxın mobil operator olmaqla yanaşı, ünsiyyət məhdudiyyətlərini aradan qaldırmağı hədəfləyir, daha inklüziv cəmiyyətin qurulmasına dəstək oluruq”, - deyə Əziz Axundov vurğulayıb.

Qeyd edək ki, "jestdili.az” layihəsi ən uğurlu sosial təşəbbüs kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası tərəfindən Golden World Award mükafatına layiq görülüb. "Nar”ın həyata keçirdiyi bütün sosial layihələr haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol