• $
  • €
  • ₽
  • ₺
  • £

ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!

ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!
01.03.2024 10:34
ABB yeni loyallıq proqramı olan "Fayda Max”-ı təqdim edib. Bank bu proqramla oyun qaydalarını dəyişir. Müştərilər yaranmış fürsətdən istifadə etməklə daha çox mükafatlar qazanırlar. Belə faydalı proqramların məqsədi müştərilərdə yeni təcrübələr formalaşdırmaq, onları nağdsız ödənişlərə stimullaşdırmaq, Banka bağlılığı gücləndirməkdir. Banka bağlılıq müştəriyə müxtəlif güzəştlər, imtiyazlar qazandırır. Banka loyallıq artdıqca bu güzəşt və imtiyazlar da yüksəlir.   

"Fayda Max” loyallıq proqramından qazanmaq üçün ABB mobile istifadəçisi olmaq və tətbiqin ana səhifəsindəki "Sənə özəl” bölməsinə keçid edib "Fayda Max”ı yalnız bircə dəfə aktivləşdirmək lazımdır. 

"Fayda Max”a qoşulduqdan sonra qazana biləcəyi mükafatların mərhələsini müştəri özü müəyyənləşdirir. Ay ərzində iştirakçı "Bürünc”, "Gümüş” və "Qızıl” mərhələlərindən hər hansı birini və ya hər üçünü tamamlaya bilər. 

ABB-də aktiv nağd krediti olan müştərilər bir ay müddətində cəmi 75 AZN nağdsız ödənişlə "Bürünc” mərhələyə, cəmi 250 AZN nağdsız ödənişlə "Gümüş” mərhələyə, cəmi 750 AZN nağdsız ödənişlə "Qızıl” mərhələyə yüksələ bilərlər. 

ABB-də aktiv nağd krediti olmayan müştərilər isə "Bürünc” mərhələyə çatmaq üçün ay ərzində ən azı 150 AZN, "Gümüş” mərhələyə çatmaq üçün 500 AZN, "Qızıl” mərhələyə çatmaq üçün 1500 AZN nağdsız ödəniş etməlidirlər. Müştəri qazandığı aylıq mükafatdan növbəti ay istifadə etməyə başlayır. 


Mükafatlar bunlardır:


- Ekstra "Faydalı keşbek” ("Bürünc”, "Gümüş” və "Qızıl” mərhələlərinin hər birinə aiddir).

- "Fayda Max”a qoşulduqdan sonra əldə edilən nağd kreditin faizindən keşbek qazancı ("Bürünc”, "Gümüş” və "Qızıl” mərhələlərinin hər birinə aiddir).
- "Kartdan karta” 30 000 komissiyasız köçürmələr (yalnız "Qızıl” mərhələ)

- "2X ƏDV geri al” ("Qızıl” mərhələ)

"Fayda Max”a qoşulmuş hər bir müştəri tətbiqin "Sənə özəl” hissəsindəki "Fayda Max” bölməsi vasitəsilə iştirak vəziyyətini, hədəflərini, hansı mərhələdə olduğunu, mükafatlarını izləyə bilər. Proqram mütəmadi olaraq yenilənəcək və müştərilər daha çox mükafatlar qazana biləcəklər. Bu imkandan yararlanmaq üçün ABB mobile istifadəçisi tətbiqi yeniləyərək onun 7.0.0 versiyasından istifadə etməlidir.

"Fayda Max” proqramı barədə ətraflı məlumatları buradan əldə etmək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən  və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol