• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dollara tələb artıb

Azərbaycanda dollara tələb artıb
01.03.2024 14:22
2024-cü ilin fevralında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çoxdur.  Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirir ki, cali ilin yanvar-fevralında hərraclarda 1 milyard 287,6 milyon dollar satılıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.

"Sonuncu hərracda 80 milyon dollarlıq sifariş ondan xəbər verir ki, valyuta bazarındakı volatilik bu ay optimallaşdırıla bilər. Qeyd edək ki, ondan əvvəlki 5 hərracın hər birində tələb 3 rəqəmli, yəni 100 milyon dollardan çox olub. Bununla belə, mart ayında da bayram, qeyri-iş günlərinin sayını və potensial idxal həcmini nəzərə alsaq, dollara tələbin kəskin azalmayacağı istisna deyil”,- deputat öz sosial hesabında yazıb.

Deputat Mərkəzi Bankın fevralda dollara tələbin artmasının daha çox mövsümi faktorlarla bağlı olduğunu açıqlayıb.

Mövsümi faktorlar həmin dövrə uyğun olaraq daha çox təbii yaranan səbəblər kimi nəzərdə tutulsa da, əvvəlki illərin fevralında valyuta bazarında hər zaman sakitlik müşahidə olunub. Bu isə ondan xəbər verir ki, fevralda valyutaya tələbin kəskin artmasının digər iqtisadi və psixoloji səbəbləri var",- Bayramov vurğuayıb.

 
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli hesab edir ki, dolara tələbatın artması hər il xaricdən idxal olunan məhsulların həcmi və dəyəri ilə bağlıdır. 
 
"Hər dəfə fevralda belə olmur. Bu hal adətən dekabrda müşahidə olunur. Bu da ilin sonu ilə bağlıdır. Azərbaycana mal gətirən sahibkarlar xarici tərəfdaşları ilə ilin sonunda hesablaşma edirlər. Ancaq bu il, dekabr, yanvar və fevralda demək olar ki, iki dəfə artıq valyuta satılıb. Bunun səbəbi odur ki, ilbəil Azərbaycana xaricdən idxal olunan məhsulların həcmi və dəyəri artır. Yəni Azərbaycanın ildən-ilə xaricdən idxal asılılığı daha çox artır. Hər bir idxal da dollarla hesablanır. Buna görə də son üç ili müqayisə etsək, ardıcıl olaraq dollara tələbat bu il hədsiz dərəcədə artıb. Bunun səbəbi odur ki, Azərbaycanın daxilində istehsal get gedə zəifləyərək azalır. Sahibkarlar məhsulu Azərbaycan daxilində istehsal etməyi səmərəsiz hesab edirlər. Bunun da bir sıra səbəbləri var. Mən hesab edirəm ki Azərbaycan hökuməti hazırda keçirdiyi iqtisadi siyasəti dəyişilməlidir",- ekspert əlavə edib.
 
2023-cü il fevralında hərraclarda 326,5 milyon, 2022-ci ilin eyni dövründə 371,3 milyon və 2021-ci ilin həmin ayında 437,4 milyon dollar satılıb. Bu il fevralında isə bu rəqəm 870,6 milyon dollar olub.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol