• $
  • €
  • ₽
  • ₺
  • £

TAP ilə İtaliyaya indiyənədək tədarük olunan Azərbaycan qazının həcmi açıqlanıb

TAP ilə İtaliyaya indiyənədək tədarük olunan Azərbaycan qazının həcmi açıqlanıb
01.03.2024 14:11
Son 4 ildə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazı İtaliyaya 26 milyard kubmetrdən çox tədarük olunub. Bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Frati Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
 
Nazir bildirirb ki, Azərbaycan qazı İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində və dekarbonizasiyasında strateji rol oynayır.
 
2023-cü ildə 10 milyard kubmetr qaz Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya nəql olunub.
 
2020-ci ilin sonunda Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə başlayıb.
 
TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən qazın "Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.
 
2027-ci ilin sonunadək kəmərin ötürücülük qabiliyyəti 12 milyard kubmetrdən, 20 milyard kubmetr qaza çatdırılması nəzərdə tutulub. 

Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.
 
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
 
TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə Bolqarıstana "mavi yanacağın” nəql edilir.
 
"Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

182 kilometr uzunluğa malik olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir və kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı proqnozlaşdırılır. 
 
Aytac Zeynalova



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol