• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “Dünya İnsan Resursları Sammiti 2024”də 2 mükafata layiq görüldü

Kapital Bank “Dünya İnsan Resursları Sammiti 2024”də 2 mükafata layiq görüldü
05.03.2024 13:48

Ölkənin birinci bankı Kapital Bank Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə baş tutan "Dünya İnsan Resursları Sammiti-2024” tədbirində 2 mükafat qazanıb. 50 ölkədən 500-dən çox iştirakçının və İnsan resursları sahəsində tanınmış liderlərin qoşulduğu tədbirdə Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynova "İlin ən yaxşı insan yönümlü Baş direktoru” mükafatı təqdim edilib. Bank eyni zamanda "Ən yaxşı daxili kommunikasiya strategiyası” nominasiyasında da təltif edilib.

"Dünya İnsan Resursları Sammiti” İnsan resursları sahəsində yeniliklərin təqdim edildiyi, qabaqcıl innovasiyaların və texnologiyaların tətbiqi mövzusunda təcrübə mübadiləsinin aparıldığı, həmçinin bu sahənin peşəkarlarının bir araya gəldiyi görkəmli tədbirlərdən biridir.

Xatırladaq ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank nüfuzlu "Great Place To Work” – "Mükəmməl iş yeri” mükafatını Azərbaycanda alan ilk və tək bankdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol