• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli yollarını araşdırır

Türkiyə Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli yollarını araşdırır
09.03.2024 09:01
Ankara Türkmənistandan təbii qazın Türkiyə vasitəsilə Avropaya nəqli üçün alternativləri araşdırır.Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Enerji və İqlim Forumunda bildirib.
 
Onun sözlərinə görə, Türkmənistan qazı uzun illərdir gündəmdə olan məsələdir: "Biz şəraitin yetişdiyi bir mərhələdəyik. Qazın çatdırılması üçün üç variant var. Bunlardan biri də türkmən qazının svop yolu ilə İran vasitəsilə Türkiyəyə ötürülməsidir.

Digər variant isə İran və Azərbaycan üzərindən mübadilə yolu ilə Türkiyəyə gəlməsidir. Alternativ olaraq, Türkmənistan qazı Xəzər dənizindən keçən boru kəməri vasitəsilə Türkiyəyə tədarük edilə bilər ki, bu da mahiyyət etibarilə daha uzunmüddətli, daha davamlı və daha böyük gücə malikdir”.

Bütün bu variantların nəzərdən keçirildiyini deyən Bayraktar, ilkin olaraq Türkmənistandan 2 milyard kubmetrə qədər təbii qazın nəql oluna biləcəyini qeyd edib.

Nazir əlavə edib ki, Türkiyə hökuməti ölkənin İstanbul şəhərində təbii qaz ticarəti platformasını ən qısa zamanda istifadəyə verməyi planlaşdırır.

"Biz "Qazprom"la əməkdaşlıq edərək İstanbulun maliyyə mərkəzi üçün qaz ticarəti platformasının yaradılması üzərində işləyirik. Düşünürük ki, biz bunu qısa müddətdə işə sala bilərik”, - o vurğulayıb.

Bu ayın əvvəlində Türkiyə və Türkmənistan qaz sektorunda Əməkdaşlıq Memorandumu və karbohidrogen ehtiyatları sahəsində əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalayıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol