• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb
14.03.2024 23:53
Martın 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderlə görüşüb.Bu barədə XİN-dən məlumat verilib.

Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində BMT ilə birgə fəaliyyət məsələləri müzakirə olunub.

BMT-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətindən bəhs olunub, ölkəmizin təşkilat, o cümlədən onun ixtisaslaşmış orqanları ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti, perspektivləri, regionda mövcud vəziyyət və son inkişaflar barədə qarşı tərəfə məlumat verilib.

COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Baş katibin müavini BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə hazır olduğunu bildirib. Bununla yanaşı, BMT Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda keçirilməsi planlaşdırılan "Gələcəyin sammiti” barədə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol