Azərbaycan nefti bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,70 ABŞ dolları, yaxud 1,97 % artaraq 88,39 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin may fyuçerslərinin qiyməti 85,25 ABŞ dolları təşkil edib.
www.anews.az