• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika və Bank of New York Mellon rəhbərliyi arasında görüş keçirilib

Bank Respublika və Bank of New York Mellon rəhbərliyi arasında görüş keçirilib
15.03.2024 11:48
Bank Respublika və Bank of New York Mellon rəhbərliyi arasında görüş keçirilib

Görüşdə tərəflər əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

Qlobal maliyyə xidmətləri şirkəti olan "Bank of New York Mellon”un (BNY Mellon) yüksək vəzifəli əməkdaşlarından ibarət geniş nümayəndə heyəti "Bank Respublika”nı ziyarət edib.

"Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimovun rəhbərliyi ilə keçirilən görüşdə tərəflər BNY Mellon-un ölkəmizin qlobal maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsindəki rolundan, eləcə də Bank Respublika ilə əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.
Qeyd edək ki, Bank Respublika ölkə bankları arasında qarşıya qoyulan bütün beynəlxalq prosedurları uğurla icra edərək BNY Mellon-da ABŞ dolları ilə müxbir hesabı açmağa müvəffəq olmuş ilk banklardan biridir. BNY Mellon ilə tərəfdaşlıq əlaqələrinin qurulması, Bank Respublika-nın beynəlxalq hesablaşmalar bazarında Banka olan yüksək etimadın növbəti göstəricisidir.

Bank Respublika-nın dünyanın aparıcı bankı ilə əməkdaşlıq haqqında əldə etdiyi razılaşmalar beynəlxalq hesablaşmalar sahəsində fəaliyyətin genişləndirilməsinə, beynəlxalq pul köçürmələri xidmətlərinin inkişafına, habelə bankın qlobal maliyyə arenasında statusunun möhkəmlənməsinə xidmət edir. Xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, Bank Respublika fəaliyyətinin əsas prioritetlərindən biri olan bankın müştəriləri - korporativ sektor nümayəndələri, kiçik və orta sahibkarlara biznesi aparmaq üçün daha əlverişli şərait yaradır.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol