• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi

Azercell “Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi
15.03.2024 12:58
Layihə çərçivəsində ilk təlim qadın cəzaçəkmə müəssisəsində baş tutdu.
 
Azercell və "Ümidli Gələcək” İB Ədliyyə Nazirliyinin 4 saylı Qadın Cəzaçəkmə müəssisəsində təlim keçiblər. Penitensiar Xidmətin dəstəyi ilə baş tutan təlimə 100-ə yaxın qadın qatılıb. Təlimdə Azercell Akademiyasının mütəxəssisləri "yumşaq bacarıqlar” - daxili motivasiya, ünsiyyət, empatiya, emosional zəka, yeni iş imkanları mövzularında çıxış ediblər, sonda isə qadınları maraqlandıran suallar cavablandırılıb. Təlimin əsas məqsədi məhbusların azadlığa çıxdıqdan sonra cəmiyyətə reinteqrasiyası, yenidən iş həyatına addımlamaları, karyera qurmaq imkanlarının artırılması idi.

Təlim iştirakçılarına həmçinin "Qadın Dəstək Xətti” barədə məlumat verilib. Onlara gələcəkdə bu xidmətdən yararlanmaq tövsiyə edilib.   

Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılmış "Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi, zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Bunun üçün onlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir.
 
24 saat xidmət göstərən "Qadın Dəstək Xətti”nə 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram, həmçinin İctimai Birliyin veb-saytındakı canlı çat vasitəsilə müraciət etmək olar.
 
Layihə haqqında video-material:
 
Azercell "Gələcəyi öz əllərinlə yarat” layihəsinə start verdi (youtube.com)


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol