• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-da "Azərbaycanın Qrafik Dizayn Tarixi (1875-1990)” kitabının təqdimatı keçirilib

Yelo Bank-da
18.03.2024 14:49
Korporativ Sosial Məsuliyyət strategiyasına hər zaman sadiq qalan Yelo Bank bu dəfə mühüm mədəni hadisəyə öz qapılarını açdı. Bankın Baş ofis binasında "Azərbaycanın Qrafik Dizayn Tarixi 1875-1990" kitabının təqdimat mərasimi baş tutub. Kitabın müəllifi tanınmış qrafik dizayner Rəsul Həsəndir. Kitab, Azərbaycanın mədəni və ictimai tarixindəki vizual sənətlərın qrafik dizayn aspektlərini əhatə edən, ölkəmizin bu sahədəki zəngin mirasını əks etdirən səmərəli bir tədqiqatın nəticəsidir.
 
Təqdimat mərasimində çıxış edən müxtəlif sahələrdən olan tanınmış simalar kitabın önəmini, unikal xüsusiyyətlərini vurğuladılar. Təqdimatda həmçinin bir sıra maraqlı musiqi ifaları da yer aldı. Vaqif Mustafazadənin doğum gününə təsadüf edən təqdimat mərasimi elə H3 Collective qrupunun caz musiqisi ilə başladı. Ardınca gənc bəstəkar və pianist Nigar Süleymanın işləməsində Aqşin Əlizadənin "Qarabağ havasının" kvartetin ifasında səsləndi. Sonda isə Nigar Süleymanın piano ifasında V. Mustafazadənin "Mart” və "Gəlmədi” kompozisiyaları ifa olundu.
 
Qeyd edək ki, "Azərbaycanın Qrafik Dizayn Tarixi" kitabı, 1875-1990-cı illər arasında Azərbaycanın vizual sənətləri sahəsindəki dəyişiklikləri, yenilikləri və inkişafları özündə cəmləşdirir. Kitab, uzun illər boyu aparılan arxiv tədqiqatları, muzey ziyarətləri, rəssam və tarixçilərlə görüşlər, auksionlardan əldə edilən nadir materiallar sayəsində hazırlanıb.
 
Yelo Bank mədəniyyət və yaradıcılığın cəmiyyətin inkişafında oynadığı mühüm rolu dərk edir. Bank bundan sonra da ölkəmizin mədəni irsini vurğulayan təşəbbüsləri dəstəkləməyə hazırdır.
 
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol