• $
  • €
  • ₽
  • ₺
  • £

Yanvar-fevralda Azərbaycanda elektrik enerjisinin istehsalı 10,5% azalıb

Yanvar-fevralda Azərbaycanda elektrik enerjisinin istehsalı 10,5% azalıb
19.03.2024 13:32
2024-cü ilin yanvar-fevralında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 686,4 milyon kVt·st olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 490,5 milyon kVt·st və ya 10,5% azdır. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. 
 
Hesabat dövründə elektrik enerjisi istehsalı İES-lərdə 4 316,2 milyon kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 146,7 milyon kVt·st artımla 268,3 milyon kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 milyon kVt·st artımla 101,9 milyon kVt·st. təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 9,5 milyon kVt·st, günəş elektrik stansiyalarında 50,7 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
 
İki ayda "Azərenerji” ASC üzrə elektrik enerjisinin istehsalı 4 186,0 milyon kVt·st (İES-lərdə 3 928,1 mln. kVt·st, SES-lərdə 257,9 mln. kVt·st),Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 59,8 mln. kVt·st (İES-lərdə 44,5 mln. kVt·st, SES-lərdə 8,1 mln. kVt·st, Günəş ES-də 7,2 mln. kVt·st), "Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 434,6 mln. kVt·st təşkil edib.

Hesabat zamanı elektrik enerjisinin idxalı 32,5 milyon kVt·st, ixracı isə 221,6 milyon kVt·st olub.
 
Cari ilin fevralında respublika üzrə elektrik enerjisinin istehsalı 2 273,5 milyon kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 13,5 milyon. kVt·st, ixracı isə 106,7 milyon. kVt·st təşkil edib.
 
2023-cü ildə Azərbaycanda 29 276,6 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2022-ci ilə nisbətən 272,3 milyon kVt/saat çoxdur. 
 
2022-ci ilin yekunlarına görə, Azərbaycanda elektrik enerjisi istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28,988 milyard kilovat-saata çatıb.
 
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol