• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu
19.03.2024 13:52
"Azercell Telekom” və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində ölkənin İT olimpiadası üzrə milli komandası yüksək nəticələr nümayiş etdirir 
İnformatika fənni üzrə müxtəlif milli və beynəlxalq olimpiadaların qalibi Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfüzlu ali məktəbinə  ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.

Məktəbli olduğu dövrdə Fidan yerli və beynəlxalq olimpiadalarda iştirak edərək uğurlu nəticələr əldə edib. Belə ki, Fidan informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında (RFO) 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl,  2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.

Fidanı təbrik edir, təhsilində uğurlar arzulayırıq!

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və "Azercell Telekom” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Sözügedən müddətdə məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə ölkəmizi uğurla təmsil edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol