• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan legionerləri Soçidə medalsız qaldı

Azərbaycan legionerləri Soçidə medalsız qaldı
29.05.2020 00:19
Olimpiadanın bitməsinə 2 gün qalıb. Artıq Azərbaycanı təmsil edən idmançılardan Yuliya Zlobina və Aleksey Sitnikov dueti də çıxışlarını yekunlaşdırıblar və onlar üçün olimpiya həyacanı bitib. Amma olimpiyaçılarımız ətrafında söz söhbət səngimək bilmir ki, bilmir. Müzakirə mövzusu isə idmançılarımızın milliyətidir. Bəli, bizi olimpiadada təmsil edənlər azərbaycanlı deyil. Onlar əslən Rusiyadan olan Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü, eləcə də Avstriyalı xizəkçisi Patric Braxner və İsveçli Sedrik Notzdur. Məlum məsələdir ki, heç də hər bir ölkə Soçiyə medal üçün gəlməyib. Və ümumiyyətlə nəticəni vecinə almayıb sırf iştrak üçün olimpiadaya gələnlər var. Soçi olimpiadasına dünyaca məşhur skripkaçı Vanessa Mey ilə qatılan Tayland, ya da ən zəif nəticə göstərən Yamayka bobsleyçiləri, lap elə şortda qış olimpiadasina qatilan Bermud adalari. Sizcə bu idmançilar qələbə üçün mübarizə aparana oxşayirlar?Bizim duet isə 24 ölkə arasında 12-ci olur. Axı təsadüflər olmur. Axı bizim olmpiyaçılarımız dünyanın ən yüksək səviyyəli qış kurort zonalarında məşq edirlər. İndi demək olar ki, hamı Şahdağda olan şəkilləri ilə fəxr edir. Yəni ömründə dizədək qar görməyən paytaxt sakini belə xizəkdə məharətlə sürüşə bilər. Yəqin buna görədir ki, sürüşməyin asan olduğunu düşünüb 22-ci qış olimpiadasında olan legionerləri dəstəkləmək əvəzinə qınayanlar çoxdu. Əlbəttə, Soçidə sırf azərbaycanlı idmançılarla təmsil olunmağı kim istəməz ki, amma bir əmma var axı. Demək olar ki, bütün ili qış fəslini yaşayan ölkələrin fonunda Azərbaycan kimi isti iqlimə malik ölkədə qış idmanı ilə məşğul olan varmı? Əminəm ki, bir neçə ildən sonra bu tip buz meydançılarında həvəslə məşq edən gənclər bir neçə ildən sonra ölkəmizi peşəkar arenalarında da təmsil edəcəklər. Buna inanmayanlar üçün isə deyim ki 6-7 il bundan əvvəl azərbaycanlı qızların gimnastika ilə məşğul olacaqları fantastik səslənirdi. İndi isə bu reallıqdır. //Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol