• $
  • £

“Petkim” şirkətinin 2023-cü ildə xalis mənfəəti 7,4 milyard TL təşkil edib

“Petkim” şirkətinin 2023-cü ildə xalis mənfəəti 7,4 milyard TL təşkil edib
28.03.2024 19:03
Türkiyənin Petkim neft-kimya holdinqinin 2023-cü ildə xalis mənfəəti 2022-ci ildəki  1 milyard 280,543 milyon TL zərərə qarşı 7 milyard 389,998 milyon türk lirəsi (TL) təşkil edib.

SOCAR Turkey Enerji (SOCAR-ın Türkiyədəki törəməsi) Türkiyənin Petkim Petrokimya Holding neft-kimya kompleksində nəzarət səhm paketinin sahibidir.

 "Petkim”in 2023-cü il üçün gəliri 60 milyard 441,264 milyon TL (azalma 38,2%), satışın dəyəri 62 milyard 769,546 milyon TL (azalma) təşkil edib. 

Petkim-in ötən il əsas əməliyyat itkisi 6 milyard 631,059 milyon TL (4,5 dəfə artım) olub, maliyyə əməliyyatları da nəzərə alınmaqla, vergidən əvvəlki mənfəət bir il əvvəlki 3 milyard 885,112 manat zərərə qarşı 9 milyard 277,429 milyon TL təşkil edib. 

Eyni zamanda, hesabat məlumatlarına görə, şirkət 2023-cü ildə 1 milyard 863,787 milyon TL məbləğində gəlir vergisi ödəyib, nəticədə holdinqin ilin sonunda xalis mənfəəti 7 milyard 389,998 milyon manat təşkil edib.

Petkim-in aktivləri 31 dekabr 2023-cü il tarixinə 95 milyard 790,584 milyon TL (31 dekabr 2022-ci il tarixinə olan göstəricidən 7,2% azalma) təşkil edib. Bununla yanaşı, qısamüddətli aktivlər 20 milyard 334,037 milyon TL (azalma 64,4%), uzunmüddətli aktivlər 75 milyard 456,547 milyon TL (artım 63,7%) olub.

Holdinqin öhdəlikləri 44 milyard 402,457 milyon TL (azalma 24,4%), kapitalı 51 milyard 388,127 milyon TL (artım 15,4%) səviyyəsində qiymətləndirilir. Eyni zamanda, Petkim-in nizamnamə kapitalı 2 milyard 534,4 milyon TL-dir (dəyişiklik yoxdur).

3 aprel 1965-ci ildə təsis edilən Petkim Petrokimya Holdinq Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə etilen, polietilen, polivinilxlorid, polipropilen və plastik məmulatların, toxuculuq məmulatlarının və digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan digər neft-kimya məhsulları istehsal olunur.

Petkim səhmləri İstanbul Fond Birjasında yerləşdirilib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni təyyarə, köhnə sual: Azərbaycan regional aviasiya mərkəzi ola biləcəkmi? - TƏHLİL
İqtisadiyyat 21:44
Yeni təyyarə, köhnə sual: Azərbaycan regional aviasiya mərkəzi ola biləcəkmi? - TƏHLİL
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
İqtisadiyyat 11:15
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol