• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bankların xarici öhdəlikləri 18% azalıb

Azərbaycanda bankların xarici öhdəlikləri 18% azalıb
29.03.2024 15:08
Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 29 fevral 2024-cü il tarixinə 2 milyard 120,5 milyon manat qiymətləndirilir ki, bu da 2023-cü ilin sonundakı göstəricidən 18,4% azdır. Bu barədə  Mərkəzi Bank məlumat verib.

Fevralda bankların xarici öhdəlikləri 375,6 milyon manat azalıb.

Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin fevralın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 2 milyard 522,8 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin sonundakı göstəricidən 5,6% azdır.

Fevralda Azərbaycan banklarının xalis xarici aktivləri 354,3 milyon manat (2024-cü ilin yanvarında: + 204,2 milyon manat) azalıb .

2023-cü ildə bankların xarici öhdəlikləri 47,5% artıb, xalis xarici aktivləri 2,4 dəfə azalıb.

Azərbaycanda bankların xarici öhdəlikləri aşağıdakılardan formalaşır: qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar.

Azərbaycanda 2024-cü ilin fevral ayının sonunda 23 bankın fəaliyyət göstərmək üçün lisenziyası olub.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol