• $
  • £

Şokoladın qiyməti iki dəfə arta bilər

Şokoladın qiyməti iki dəfə arta bilər
01.04.2024 16:16
Bu il Nyu-York və London birjalarında kakao fyuçerslərinin dəyəri iki dəfədən çox arıb. Onlar üçün qiymət son 46 ilin ən yüksək səviyyəsinə çatıb. Artıq bir neçə aydır ki, qiymətlərdə mümkün azalma müşahidə olunmur. Buna da səbəb  şokoladın əsas xammalı olan kakao istehsalının aşağı düşməsidir.  
 
Dünya bazarına çıxarılan kakaonun 60 faizindən çoxunu istehsal edən Qana və Kot-Di bu bitrkinin istehsalı kəskin şəkildə azalıb. Ekspertlər yaxın gələcəkdə də məhsuldarlığın az olduğunu və şokoladın qiymətində kəskin sıçrayışın olacağını proqnozlaşdırılar. 

Qismən iqtisadi idarəetmə, qeyri-qanuni qızıl hasilatı və iqlim dəyişikliyi nəticəsində  bu ölkələrdə kakao ağacı xəstəliyi, şişmiş tumurcuq virusu yayılmağa başlayıb. Nəticədə istehsal aşağı düşüb. Bu barədə The Sun nəşri yazıb. 
 
Nəşrin yadığına görə, qızıl mədənlərində hasilat ən kustar üsullar aparılır.  Kakao ağacları buldozerlərlə çıxarılır, kimyəvi maddələrdən istifadə edilir və altı, maksimum səkkiz aydan sonra qızıl seçilir, yatağın ətrafındakı torpaqlar zəhərlənir, torpağın münbit qatları məhv edilir.

Ağacları yüksək sürətlə  "şişmiş tumurcuq virusu"na da yoluxur ki, bu xəstəlik əvvəlcə məhsuldarlığın azalmasına səbəb olur, üç-dörd ildən sonra isə ağac tamamilə məhv olur. 

Əslində kakao ağacları çıxarıla və müvafiq torpaq müalicəsindən sonra  yenidən əkilə bilər. Yeganə problem odur ki, torpağın reabilitasiyasından sonra ağacın yetişməsi və meyvə verməyə başlaması, yəni emal üçün yararlı olan kakao paxlası istehsalı 2-4 il vaxt aparır. 

Bundan əlavə, bütün Afrika fermerlərinin çirklənmiş torpaqları bərpa etmək və müalicə etmək üçün vasitələri yoxdur.
 
"Müstəmləkə mirasından qurtulmaq uğrunda mübarizənin” zirvəsində böyük plantasiyalar kiçik təsərrüfatlara parçalanıb və indi böhran zamanı bu, göründüyü kimi, son dərəcə mənfi rol oynayır.

Fermerlər təkbaşına böhranın öhdəsindən gələ bilmir, dövlət büdcəsində onlara yardım üçün vəsait nəzərdə tutulmur, yenə də xarici borclanma mənbələri axtarmaq, fermerlərə kreditlər vermək, onların nə vaxt qaytarılacağı, onların olub-olmaması məlum deyil", -  xəbərdə bildirilib. 

Şokolad istehsalçıları adətən kakao alışlarını aylar əvvəldən hedcinq etdikləri üçün iqtisadi analitiklər Qərbi Afrikada məhsuldarlığın azalmasının yalnız bu ilin sonunda hiss ediləcəyini deyir. 

Çıxış yolu kimi Latın Amerikasındakakao istehsalını artırmaq göstərilir. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
OPEC+ sentyabrda neft hasilatını gündəlik 188 min barel artıracaq
İqtisadiyyat 21:30
OPEC+ sentyabrda neft hasilatını gündəlik 188 min barel artıracaq
Türkiyənin turizm sektorunda böhran yaşanır
İqtisadiyyat 19:00
Türkiyənin turizm sektorunda böhran yaşanır
Avtomobil bazarında durğunluq yaşanır
İqtisadiyyat 18:30
Avtomobil bazarında durğunluq yaşanır
İranda demoqrafik böhran yaşanır
İqtisadiyyat 18:03
İranda demoqrafik böhran yaşanır
Kartdan-karta köçürmələr gündə 5 əməliyyatla məhdudlaşdırıla bilər
İqtisadiyyat 09:45
Kartdan-karta köçürmələr gündə 5 əməliyyatla məhdudlaşdırıla bilər
Keçmiş nazir vəfat etdi
İqtisadiyyat 23:30
Keçmiş nazir vəfat etdi
İstanbulda Azərbaycan və Türkiyə energetika nazirləri Yaşıl Enerji Dəhlizləri layihələrini müzakirə edib
İqtisadiyyat 22:00
İstanbulda Azərbaycan və Türkiyə energetika nazirləri Yaşıl Enerji Dəhlizləri layihələrini müzakirə edib
Kulevi Neft Terminalı Rusiya neftindən imtina prosesini sürətləndirir
İqtisadiyyat 20:30
Kulevi Neft Terminalı Rusiya neftindən imtina prosesini sürətləndirir
Azərbaycan ödəniş təşkilatlarında müstəqil şikayət mexanizmini məcburi edir
İqtisadiyyat 16:50
Azərbaycan ödəniş təşkilatlarında müstəqil şikayət mexanizmini məcburi edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol