• $
  • €
  • ₽
  • ₺
  • £

Birlik, bərabərlik və paylaşım: Ramazan xeyriyyə yarmarkası

Birlik, bərabərlik və paylaşım: Ramazan xeyriyyə yarmarkası
02.04.2024 15:03
"Red Hearts”- Qırmızı Ürəklər Fondu ənənəsinə sadiq qalaraq müqəddəs Ramazan ayında da balaca dostlarımızı sevindirməyə davam edir. Belə ki, Fond "İnkişafa Doğru” İmkansız Ailələrə Sosial Yardım və Hüquqi Maarifləndirmə İctimai Birliyi ilə birgə sosial layihələr çərçivəsində "Ramazan Xeyriyyə Yarmarkası” keçirəcək.

"Passage 1901” sərgi salonunda keçiriləcək yarmarkadan əldə olunan bütün gəlirlər kimsəsiz uşaqlara sərf olunacaq. 7 aprel 2024-cü il tarixində saat 10:00-dan 18:00-a kimi baş tutacaq yarmarkada  qonaqlar müxtəlif ləzzətli təamları kəşf edə, oyunlar oynaya və hədiyyələrlə dolu loterayada iştirak edə bilərlər. 

Ramazan ayı birlik və yardımlaşma ruhunu hiss etmək üçün dəyərli bir fürsətdir. Bu səbəbdən sizi bu nəcib təşəbbüsə qoşulmağa və dəstəyə ehtiyacı olan uşaqlara sevinc bəxş etməyə dəvət edirik. 

"Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol