• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi açıqlanıb

Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi açıqlanıb
08.04.2024 09:50
2024-cü ilin yanvar-martında Azərbaycandan Avropaya 3,2 milyard kubmetr qaz ixrac olunub. Bunu energetika naziri Pərviz Şahbazov "X” sosial şəbəkə hesabında bildirib.

Cari ildə Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz ixrac olunub.

Bu dövr ərzində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəyə 1,3 milyard kubmetr qaz nəql edilib.
 
2023-cü ildə Azərbaycan Avropaya 11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac edib.

TAP kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından hasil edilən qazın "Mərhələ-2” çərçivəsində Avropaya nəqli üçün nəzərdə tutulub.
 
2027-ci ilin sonunadək kəmərin ötürücülük qabiliyyəti 12 milyard kubmetrdən, 20 milyard kubmetr qaza çatdırılması nəzərdə tutulub. 

Hazırda Aİ-nin Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır.
 
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
 
TAP-a birləşdirilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) ilə Bolqarıstana "mavi yanacağın” nəql edilir.
 
"Bulgargaz EAD” dövlət şirkəti "Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb.

182 kilometr uzunluğa malik olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir və kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı proqnozlaşdırılır. 
 
Aytac Zeynalova
 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol