• $
  • €
  • ₽
  • ₺
  • £

BTC-nin xərcləri açıqlanıb

BTC-nin xərcləri açıqlanıb
10.05.2024 16:49
2024-cü ilin birinci rübünün sonunadək Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) ilə 568 milyon (4.3 milyard barel) ton xam neft nəql edilib və Ceyhandan 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilib.  Bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci rübünün nəticələrinə həsr olunmuş hesabatda qeyd olunub.

 Cari ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 72 tankerə yüklənilib və yola salınıb.
 
2024-cü ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 33 milyon dollar, əsaslı xərclərə isə 7 milyon dollar vəsait xərclənib.

Hesabat dövründə BTC üzrə ümumi xərclər 40 milyon dollar olub. 

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil ediən neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR hasil etdiyi dan neft və qaz kondensatı nəql eilir. 

BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir. Bunun da  443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstanda, 1076 kilometri Türkiyə ərazisindən keçir.  Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır. 

BTC Co.-nun səhmdarları  bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
 
2023-cü ilin dekabrında Equinor BTC layihəsindəki payını SOCAR-a satmaq barədə müqavilə imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.
 
Aygün

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Kamboca çərçivə sazişi imzalayacaq
İqtisadiyyat 12:43
Azərbaycan və Kamboca çərçivə sazişi imzalayacaq
Sabah Bakıda 26 dərəcə isti gözlənilir
İqtisadiyyat 12:17
Sabah Bakıda 26 dərəcə isti gözlənilir
İlham Əliyev Kambocanın baş naziri ilə görüşüb
İqtisadiyyat 11:42
İlham Əliyev Kambocanın baş naziri ilə görüşüb
Orta aylıq əməkhaqqı 1173 manata yüksəldi
İqtisadiyyat 11:20
Orta aylıq əməkhaqqı 1173 manata yüksəldi
Kamboca Baş naziri Bakıya gəlib
İqtisadiyyat 10:29
Kamboca Baş naziri Bakıya gəlib
Brent 103,37, WTI 90,29 dollara endi
İqtisadiyyat 09:51
Brent 103,37, WTI 90,29 dollara endi
Qızıl 4 222, gümüş 61,36 dollara çatdı
İqtisadiyyat 09:46
Qızıl 4 222, gümüş 61,36 dollara çatdı
Dollar 1,70, avro 1,9053 manat oldu
İqtisadiyyat 09:30
Dollar 1,70, avro 1,9053 manat oldu
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol