• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”​ ən sürətli sabit internetini təqdim edir

“Bakcell”​ ən sürətli sabit internetini təqdim edir
14.05.2024 19:07
"Bakcell” Azərbaycanda mövcud olan istənilən sürətdən daha sürətli yeni məhsulunu - "F1 Star” fiber internet paketini təqdim edir.

"Ölkənin ən sürətli mobil operatoru” şüarı ilə bütün ölkəyə bənzərsiz internet sürəti təmin edən "Bakcell”, bu dəfə yeniliyi evlərə gətirir. Özündə mesh Wi-Fi ruterləri birləşdirən məhsul, evin sahəsindən və mərtəbəsindən asılı olmayaraq hər küncündə eyni yüksək sürət performansını göstərəcək.

1 Gigabit sürət imkanına malik F1 Star məhsulu 14 may 2024-cü il tarixindən etibarən abunəçilərin ehtiyaclarını qarşılamaq üçün hazırlanmış müxtəlif planları ilə satışa çıxarılıb. Bakcell-in təqdim etdiyi bu eksklüziv məhsul ilə abunəçilər dəyərli anlarını kəsintisiz və sürətli ev interneti vasitəsilə yaşaya bilərlər.

"F1 Star-ın ən sürətli sabit internet olması ilə yanaşı, Bakcell-in mükəmməlliyə, innovasiyaya və Azərbaycan xalqına sadiqliyini təmsil edir. Hədəfimiz yeni məhsulla yanaşı, bütün Azərbaycan ərazisində, xüsusən də Azərbaycan üçün olduqca önəmli və dəyərli anlarla zəngin olan Qarabağda ən sürətli sabit şəbəkəni təmin edərək, dəyər təkliflərini artırmaqdır. Yeniliklərimiz bununla bitmir, yaxın gələcəkdə abunəçilər üçün faydalı bir neçə məhsul seriyası təqdim edəcəyik” - deyə "Bakcell”in Baş İcraçı Direktoru Klaus Müller bildirib.

"Bakcell” 3 milyondan çox abunəçini ölkənin ən sürətli mobil şəbəkəsi ilə təmin edir. Şirkət NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 17:01
Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub
Cəmiyyət 16:30
Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Cəmiyyət 16:27
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Bakıda sərnişin avtobusu aşıb
Cəmiyyət 15:55
Bakıda sərnişin avtobusu aşıb
Bakıda bir neçə yolda sürət həddi endirilib
Cəmiyyət 14:03
Bakıda bir neçə yolda sürət həddi endirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Cəmiyyət 13:09
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:45
Sabahın hava proqnozu
Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Cəmiyyət 12:16
Tovuzda evdə yanğın olub, 42 yaşlı qadın ölüb
Bakıda köşk yanıb, 58 yaşlı kişinin meyiti aşkarlanıb
Cəmiyyət 10:53
Bakıda köşk yanıb, 58 yaşlı kişinin meyiti aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol