• $
  • €
  • ₽
  • ₺
  • £

“KazMunayQaz”-ın Azərbaycan nefti hesabına Aralıq dənizinə daşımaları artıb

“KazMunayQaz”-ın Azərbaycan nefti hesabına Aralıq dənizinə daşımaları artıb
20.05.2024 15:18
2024-cü ilin yanvar-martında Qazaxıstanın "KazMunayQaz” (KMG) şirkətinin dəniz yolu ilə  neft nəqlinin ümumi həcmi Aralıq dənizi və Xəzər dənizlərindəki həcmlərin artması sayəsində 3,46 milyon tona çatıb ki, bu da  65,2 %-lik artım deməkdir. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb. 
 
Məlumatda bildirilib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft boru kəməri ilə nəql edilən Azərbaycan nefti hesabına Aralıq dənizinə daşıma artıb. Xəzər dənizində həcmlərin artması Aktau limanı – Mahaçqala limanı və Aktau limanı – Bakı limanı marşrutları üzrə daşımaların həcminin artması ilə bağlıdır.
 
Cari ilin 3 ayında şirkətin magistral və dəniz yolu ilə neft nəqli 21 milyon 541 min ton təşkil edib, bu da 14,2% artımdır.
 
Bildirilib ki, hesabat ərzində magistral boru kəməri ilə nəql edilmiş neftin həcmi 18 milyon 081 tona çatıb ki, bu da 7,9% artım deməkdir. 
 
"Artım neftin Avropaya ixrac həcminin çoxalması, həmçinin Aktau limanından neft tranzitinin və neft daşımalarının həcminin artması ilə əlaqədar olub”, – məlumatda qeyd olunub.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil ediən neft və "Şahdəniz” yatağından çıxarılan qaz kondensatı, həmçinin SOCAR hasil etdiyi dan neft və qaz kondensatı nəql eilir. 

BTC neft kəmərinin uzunluğu 1768 min kilometrdir. Bunun da  443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstanda, 1076 kilometri Türkiyə ərazisindən keçir.  Kəmərin ötürmə qabiliyyəti ildə 50 milyon tondan artıqdır. 

BTC Co.-nun səhmdarları  bp (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.
 
2023-cü ilin dekabrında Equinor BTC layihəsindəki payını SOCAR-a satmaq barədə müqavilə imzalayıb. Tərəflərin bir sıra öhdəlikləri yerinə yetirildikdən sonra əməliyyat başa çatmış hesab ediləcək.
 
Aygün

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol