• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı rejissorun çəkdiyi serial böyük etiraza səbəb oldu - FOTO

Azərbaycanlı rejissorun çəkdiyi serial böyük etiraza səbəb oldu - FOTO
29.05.2020 09:01
İran dövlət televiziyasında (İRİB) “Sərzəmin-e Kohən” (“Qədim torpaq”) adlı serialın yayımı Bəxtiyarilər tayfasının böyük narazılığına səbəb olub. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, İranın müxtəlif bölgələrində yaşayan Bəxtiyarilər tayfası serialın yayımına qarşı kütləvi aksiyalar keçirib. Əsasən İsfahan, Əhvaz, Məscid Süleyman, Dezful, Əndimeşk, İzə, Şəhrikürd, Əligodərz şəhərlərində geniş vüsət almış mitinqlərdə Bəxtiyarilər tayfasından olan deputatlar, hökumət rəsmiləri, axundlar və yerli sakinlər iştirak ediblər. Fevralın 14-də başlayan və ertəsi gün də davam etdirilən aksiyalarda iştirakçılar İranın tanınmış azərbaycanlı rejissoru Kamal Təbrizi tərəfindən çəkilmiş serialda Bəxtiyarilər tayfasına qarşı təhqiramiz ifadələrə yer verildiyini açıqlayaraq, dövlət televiziyasının məsuliyyət daşıdığını vurğulayıblar. Bu səbəbdən nümayişçilər “Sərzəmin-e Kohən” serialının yayımınının dayandırılmasını və İRİB rəhbərinin istefasını tələb ediblər. Məsələyə münasibət bildirən İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli serialın yayımının yenidən nəzərdən keçiriləcəyini söyləyib. İRİB rəhbəri İzzətullah Zərğami də bununla bağlı öz müavininə xəbərdarlıq edərək, serialların çəkilişi zamanı ölkədəki bütün tayfalara hörmətlə yanaşılması məsələsini dövlət televiziyasının prinsiplərindən biri adlandırıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Mədəniyyət 12:32
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol