• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb

“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
21.05.2024 12:47
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib.

"Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.

"Bu gün burada Azərbaycanın savadlı gəncləri ilə bir araya gəlməkdən çox zövq aldım. İnnovasiyaları təmsil edən bir şirkət kimi texnologiyaya maraq göstərən, gələcək yönümlü şagirdləri görmək bizi sevindirir. Bizim gənclərlə bir çox ortaq cəhətimiz var: bunlardan ən önəmlisi isə innovasiyaya sadiqliyimizdir.” deyə Klaus Müller bildirib.

"Biz şagirdlərimizin akademik potensiallarını inkişaf etdirməklə yanaşı, onların digər sahələrdə də istedadlarının aşkar edilməsi üçün çalışırıq. İnnovasiya yönümlü şagirdlərimizin ən son texnoloji yenilikləri Bakcell kimi şirkətdən əldə edə bilmələri bizim üçün böyük uğurdur. Bugünkü maraqlı panel müzakirəsinə görə məktəbimiz adından Bakcell rəhbərliyinə təşəkkürümüzü bildirirəm." deyə Aygün Mikayılova bildirib.

Şagirdlərlə görüşdə Bakcell-in süni intellekt dəstəkli humanoid robotu Ardi də iştirak edib. Sual-cavab sessiyası ilə davam edən panel müzakirəsində şagirdlər Bakcell-in rəhbər heyəti və Ardiyə öz suallarını yönləndirərək, yeni texnologiyaların, süni intellektin təhsilə tətbiqini müzakirə ediblər.

Sonda şirkətin rəhbər heyəti məktəbin STEAM laboratoriyasına baş çəkib. Şagirdlərin qabaqcıl texnologiyalardan istifadə edərək hazırladıqları layihələri  və laboratoriyanın dövrün tələblərinə uyğun təmin olunması Bakcell rəhbərliyinin diqqətini çəkib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol