• $
  • £

Bakıda zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlandı

Bakıda zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlandı
04.06.2024 11:00
"Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 5 əməkdaşının ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının - Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində tapşırılıb.

"Hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda deyilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Cəmiyyət 20:01
Gəncədə maşınlar toqquşub, xəsarət alanlar var
Türkiyədən Azərbaycana 1,5 milyon manatlıq siqaretin qanunsuz gətirilməsinin qarşısı alınıb
Cəmiyyət 18:35
Türkiyədən Azərbaycana 1,5 milyon manatlıq siqaretin qanunsuz gətirilməsinin qarşısı alınıb
Sabah yağış yağacaq
Cəmiyyət 18:30
Sabah yağış yağacaq
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 18:08
Sabah bu ərazilərdə qaz kəsiləcək
Si Cinpin İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Cəmiyyət 17:11
Si Cinpin İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Cəmiyyət 16:52
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Zaur Mikayılov: Əkin strukturu mövcud su ehtiyatlarına uyğunlaşdırılmalıdır
Cəmiyyət 16:49
Zaur Mikayılov: Əkin strukturu mövcud su ehtiyatlarına uyğunlaşdırılmalıdır
Son beş ildə heyvanların sayında azalma var - Nazir
Cəmiyyət 16:44
Son beş ildə heyvanların sayında azalma var - Nazir
Elə etməliyik insanların kəndlərə qayıdışı başlasın - Prezident
Cəmiyyət 16:43
Elə etməliyik insanların kəndlərə qayıdışı başlasın - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol