• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
25.05.2026 19:00

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizə və dost Azərbaycan xalqına ölkənizin milli bayramı münasibətilə Tacikistan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Etibarlı tərəfdaşımızın sosial-iqtisadi inkişafda və beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlər bizi ürəkdən sevindirir.

Ölkələrimiz arasında tarixi dostluq və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığın davamlı inkişaf dinamikasını məmnunluqla qeyd edirik.

Əminəm ki, birgə səylərlə əməkdaşlığımızı daha da gücləndirəcək, xalqlarımızın maraqlarına xidmət edən çoxşaxəli əlaqələrin inkişafını təmin edəcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, yeni uğurlar, dost Azərbaycan xalqına isə daim sülh, firavanlıq və tərəqqi arzulayıram.”

***

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda Maya Sandu Azərbaycan xalqına sülh və rifah arzulayıb, Cənubi Qafqazda davamlı sülhə ümid etdiklərini bildirib.

“Dialoq və əməkdaşlığın sabitlik və tərəqqiyə aparan ən etibarlı yol olduğuna inanırıq”, - Moldova Prezidenti qeyd edib.

Məktubda həmçinin Azərbaycanın Moldovanın etibarlı tərəfdaşı olduğu vurğulanıb və ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyi qeyd edilib.

***

Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda Kavelaşvili Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın tarixi əlaqələrə əsaslandığını bildirib və Əliyevin Gürcüstana son dövlət səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Gürcüstan Prezidenti iki ölkənin birgə həyata keçirdiyi strateji layihələrin regionda sülh, sabitlik və rifahın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

Kavelaşvili məktubunda İlham Əliyevə fəaliyyətində uğurlar, Azərbaycan xalqına isə davamlı sülh və firavanlıq arzulayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol