• $
  • €
  • ₽
  • ₺
  • £

Zaur Mikayılov: Əkin strukturu mövcud su ehtiyatlarına uyğunlaşdırılmalıdır

Zaur Mikayılov: Əkin strukturu mövcud su ehtiyatlarına uyğunlaşdırılmalıdır
25.05.2026 16:49

Azərbaycanda qarşıda duran əsas çağırışlardan biri mövcud su ehtiyatlarına uyğun əkin strukturunun formalaşdırılmasıdır. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezidentin keçirdiyi müşavirədə deyib. 

Onun sözlərinə görə, iqlim dəyişiklikləri fonunda su ehtiyatları və yağıntıların həcmi illər üzrə dəyişdiyi üçün hər region üzrə illik su balansı hesablanmalı və hansı bitkilərin əkiləcəyi buna uyğun müəyyən edilməlidir.

Mikayılov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin 2026–2030-cu illər üzrə tədbirlər planında buğda və pambıq üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması hədəfi mövcud ekstensiv suvarma sistemlərindən müasir intensiv suvarma metodlarına keçidi zəruri edir.

Onun sözlərinə görə, tədbirlər planında intensiv bağların sahəsinin 50 min hektardan 70 min hektara, istixanaların isə 1500 hektardan 2000 hektara çatdırılması nəzərdə tutulur.

Mikayılov əlavə edib ki, pambıq əkin sahələrinin 100 min hektardan 85 min hektara endirilməsi fonunda məhsuldarlığın 17% artırılması və ümumi istehsalın 425 min tona çatdırılması hədəfləri də təqdirəlayiq hesab olunur.

Agentlik sədri bildirib ki, Qəbələ və Salyan rayonlarında 20 min hektar sahənin konsolidasiyası və həmin ərazilərdə təsərrüfatdaxili suvarma şəbəkələrinin qurulması planlaşdırılır.

O həmçinin qeyd edib ki, ölkə üzrə müasir suvarma texnikalarının əhatə dairəsinin 130 min hektardan 300 min hektara qədər artırılması su ehtiyatlarından dayanıqlı istifadə baxımından mühüm addım olacaq.

Gülnar 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol