• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 15 fakt üzrə Baş Prokurorluğa məlumat göndərilib - Səfərbərlik Xidməti

Ötən il 15 fakt üzrə Baş Prokurorluğa məlumat göndərilib - Səfərbərlik Xidməti
03.07.2024 13:10
 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin I yarımilliyində isə 140 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb. Bu barədə qurumdan məlumat verilib.
 
2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 25 fakt üzrə 47 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

"Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində "sıradankənar həqiqi hərbi xidmətə yararlı”, "həqiqi hərbi xidmətə müvəqqəti yararsız”, "dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” və "həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” qərarları qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir ki, bu da korrupsiya hallarının qarşısının alınması, obyektivliyin təmin edilməsi və şəffaflığın artırılmasında daha da müsbət nəticələr verəcəkdir.

Qeyd edilib ki, bu kimi tədbirlər "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Metroda sərnişin qatar yoluna tullanıb
Cəmiyyət 22:45
Metroda sərnişin qatar yoluna tullanıb
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Cəmiyyət 20:10
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 19:30
Faktiki hava açıqlanıb
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Cəmiyyət 18:03
Son bir həftədə yaşıllıqlara 225 min manatdan çox ziyan vurulub
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir
Cəmiyyət 17:47
Müasir suvarma tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq - nazir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Cəmiyyət 15:40
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib -SİYAHI
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
Cəmiyyət 15:09
Azərbaycan Almaniya ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol