• $
  • €
  • ₽
  • ₺
  • £

Otellər üçün 20 yeni dövlət standartı hazırlanır

Otellər üçün 20 yeni dövlət standartı hazırlanır
03.07.2024 17:03
Azərbaycanda turizm sahəsində beynəlxalq təcrübə əsasında yeni dövlət standartları qəbul ediləcək. Bunu İqtiaadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli  deyib.

"Ölkədə otellərin beynəlxalq standartlara cavab verməsi istiqamətində ciddi işlər görülür. Hazırda 11 dövlət standartı qüvvədədir. Otellərin ulduz alması isə dövlət standartları əsasında keçirilir",- Abbasbəyli iyulun 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı zamanı deyib.

O bildirib ki, hazırda 20 yeni dövlət standartı hazırlanır.
 
"Hazırda müzakirə edilən 20 standart və İSO-nun 57 standartı arasından ölkəmiz üçün aktual standartlar qısa müddətdə qəbul ediləcək. Bu da turizm sahəsinin, xüsusən də otelçilik sahəsinin inkişafına böyük töhfə verəcək", -  o qeyd edib.
 
Abbasbəyli həmçinin bildirib ki,  Azərbaycan Standartlaşdırma İnstututu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlayır. 

"Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır",  -  o söyləyib.
 
Onun fikrincə, bu standart müsəlman ölkələrindən gələn turistlərin sayını artırmağa kğmək edəcək. 


Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İqtisadiyyat 16:39
SOCAR 2030-cu ilədək İtaliya millisinə sponsorluq edəcək
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol