• $
  • £

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb

Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb
04.07.2024 16:00
Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərini, eləcə də onların müəllimlərini əhatə edən "My Technology” müsabiqəsinə start verilmişdi. 

Məktəblilər arasında sahibkarlıq düşüncəsinə malik olan şagirdləri müəyyənləşdirməyi hədəfləyən müsabiqəyə ümumilikdə 140 layihə ilə müraciət edilib. Onlardan perspektivli 30 layihə final mərhələsi hesab edilən sərgidə iştirak etmək şansı qazanıb. Komandalar öz ideyalarını münsiflər heyətinə təqdim etməklə qalib adı uğrunda mübarizə aparıblar.  Münsiflər heyəti tərəfindən qiymətləndirilən startap layihələr arasından ən yaxşı 5 layihə qalib seçilib.
 
Naxçıvan Muxtar Respublikasını təmsil edən "GreenExchange” komandası 5-ci, Quba-Xaçmaz regionundan olan "Trinity Panel” komandası 4-cü, Abşeron-Xızı regionundan müsabiqəyə qatılan "SpecDeaf” komandası 3-cü, "CO2toD Project” komandası isə 2-ci yerə layiq görülüb. Müsabiqənin qalibi adını Quba-Xaçmaz regionunu təmsil edən "The Right Way” komandası qazanıb.
 
Qalib gələn komandalar Kapital Bank və BMU tərəfindən sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
10 və 11-ci sinif şagirdlərinin, həmçinin onlara mentorluq edən müəllimlərin iştirak etdiyi  müsabiqə innovasiya ekosisteminin formalaşması və inkişafına töhfə vermək məqsədilə həyata keçirilib. 
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
İqtisadiyyat 20:43
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
İqtisadiyyat 12:45
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol