• $
  • £

Yasamal rayon icra başçısı əraziyə baxış keçirib

Yasamal rayon icra başçısı əraziyə baxış keçirib
13.07.2024 21:01
Ərazilərin abadlaşdırılması və səliqə-səhmanın yaradılması tədbirləri çərçivəsində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayonunun bir sıra küçələrinə baxış keçirib. İcra başçısı kommersiya obyektlərinin fəaliyyətinin tənzimlənməsi, səkilərin boşaldılması, küçə infrastrukturunun vahid standart əsasında qurulmasına dair RİH-in məsul şəxslərinə tapşırıq və tövsiyələrini verib.

Baxış zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılaraq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmağın mümkünlüyü diqqətlərinə çatdırılıb.

Qayadaları pozan şəxslərə xəbərdalıq edilib və onlara belə halların təkrarlanacağı təqdirdə İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunacağı bildirilib. Bundan əlavə, piyadaların və nəqliyyatın hərəkətinə mane olan standartdankənar reklam lövhələrin səkilərdən və yol kənarlarından götürülməsinə dair tapşırıqlar verilib.
Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ayrı-ayrı sahibkarlar və bəzi iş adamları tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının zəbt olunmaqla burada inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi, obyektlərin qarşısına yığılmış malların, səyyar reklam şitlərinin yığışdırılması, binaların fasadlarının estetik görünüşünə xələl gətirən yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər aparılır.
Həmçinin bu ərazilərdə tikilən bir sıra müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə tikililərin sökülməsi üçün müvafiq qaydada məhkəməyə müraciət olunacaq.

Bu tədbirlərin əsas məqsədi Yasamal rayon sakinlərinin sosial və asudə şəraitinin yaxşılaşdırılması, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılmasıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 11:50
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Xəzərdə zəlzələ olub
Cəmiyyət 11:18
Xəzərdə zəlzələ olub
Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
Cəmiyyət 11:11
Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
2025-də doğulan hər 4 körpədən biri 3,5 kiloqramdan ağır olub
Cəmiyyət 11:01
2025-də doğulan hər 4 körpədən biri 3,5 kiloqramdan ağır olub
Ədalət Verdiyev: Hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Cəmiyyət 10:43
Ədalət Verdiyev: Hərbçilərin maaş və pensiyalarının artırılması gözlənilir
Azərbaycan XİN Qvineya-Bisaunu Milli Günü münasibətilə təbrik edib
Cəmiyyət 10:33
Azərbaycan XİN Qvineya-Bisaunu Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol