• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail kəşfiyyatı HƏMAS liderini WhatsApp* vasitəsilə izləyib

İsrail kəşfiyyatı HƏMAS liderini WhatsApp* vasitəsilə izləyib
01.08.2024 10:09
İsrail kəşfiyyatı HƏMAS lideri İsmayıl Haniyəni WhatsApp* vasitəsilə izləyib. Bu barədə livanlı jurnalist Elia Manier xəbər verib. 
 
Onun sözlərinə görə, İsrail kəşfiyyatı WhatsApp proqramı vasitəsilə Haniyyənin telefonuna casus proqramlar quraşdırıb. Bu proqram HƏMAS liderinin yerləşdiyi evin dəqiq yerini müəyyən etməyə və ona pilotsuz təyyarədən raket zərbəsi endirməyə imkan verib.

Manier iddia edir ki, proqram smartfonları sındırmaq üçün istifadə edilən və İsrailin NSO Group şirkəti tərəfindən lisenziya əsasında hazırlanıb satılan Pegasus virusuna bənzəyir.

HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülüb. Ərəb mətbuatının məlumatına görə, Haniyə və mühafizəçisi İsrailin hava qüvvələrinin Tehrandakı iqamətgahlardan birinə gecə saat 2 radələrində hücumu nəticəsində həlak olub.
 
Son illərdə Haniyə Qətər və Türkiyədə yaşayıb. Qətl ərəfəsində qrupun nümayəndəsi Pezeşkiyanın andiçmə mərasimində iştirak edib.

N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp Ukraynada "Starlink"in zəifləməsində iştirakını inkar edib
Dünya 23:48
Tramp Ukraynada "Starlink"in zəifləməsində iştirakını inkar edib
Tramp Ağ Evin mətbuat katibini vəzifəyə başladıqdan bir həftə sonra işdən çıxarıb
Dünya 23:30
Tramp Ağ Evin mətbuat katibini vəzifəyə başladıqdan bir həftə sonra işdən çıxarıb
Putin Roma Papası ilə telefonla danışıb
Dünya 22:15
Putin Roma Papası ilə telefonla danışıb
Sankt-Peterburqda dörd nəfər meymunçiçəyinə yoluxub
Dünya 21:09
Sankt-Peterburqda dörd nəfər meymunçiçəyinə yoluxub
Ərdoğan Kambocanın Baş naziri ilə görüşüb
Dünya 20:30
Ərdoğan Kambocanın Baş naziri ilə görüşüb

Mirzoyan: Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər
Dünya 14:08
Mirzoyan: Ermənistan-Türkiyə sərhədi istənilən an açıla bilər


İstanbulda seldə ölənlərin sayı 4-ə çatıb, 3 nəfər itkin düşüb
Dünya 13:38
İstanbulda seldə ölənlərin sayı 4-ə çatıb, 3 nəfər itkin düşüb
İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib
Dünya 23:20
İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib
Zelenski Brüsselə gedib
Dünya 22:38
Zelenski Brüsselə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol