• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ siyasətçilərinə sui-qəsd hazırlamaqda ittiham olunan şəxs saxlanılıb

ABŞ siyasətçilərinə sui-qəsd hazırlamaqda ittiham olunan şəxs saxlanılıb
07.08.2024 08:54
 ABŞ Ədliyyə Nazirliyi amerikalı siyasətçilərə qarşı sui-qəsd planının aşkarlanması ilə əlaqədar Pakistan vətəndaşına ittiham təqdim edib. Bu barədə CNN nəşr olunan məhkəmə sənədlərinə istinadən xəbər verib. 

 
Telekanalın məlumatına görə, Nyu-Yorkun Bruklin ərazisində  federal prokurorlar tərəfindən irəli sürülən ittihamlara əsasən, 46 yaşlı Asif Merchant avqustun sonu və ya sentyabrın əvvəlində planlaşdırılan qətllərin icra edəcək adamla görüşmək üçün Nyu-Yorka gəlib. 

"FTB müstəntiqləri hesab edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və digər hazırkı və keçmiş ABŞ hökumət rəsmiləri planlaşdırılan sui-qəsdin hədəfi olublar", - CNN məlumatlı mənbəyə istinadən yazıb. 

Prokurorların sözlərinə görə,  Merchant iyulun 12-də ABŞ-ı tərk etmək istəyərkən saxlanılıb və hazırda həbsdədir.

Araşdırmaya görə, pakistanlı tacir "bir müddət İranda yaşayıb” və  hətta bu ölkədə ailə qurub.  

"Rəsmi bildirib ki, İran hakimiyyətinin Trampa qarşı məlum hədələri FTB-ni məlumatları ABŞ Məxfi Xidmətinə ötürməyə vadar edib ki, bu da keçmiş prezidentin müdafiəsini gücləndirib”.

FTB, Pensilvaniyadakı mitinqdə Trampa sui-qəsd cəhdindən bir neçə həftə əvvəl mümkün sui-qəsd barədə məlumatlı olub, amma  müstəntiqlər əlində sübutlar olmadığı üçün Merchanti saxlaya bilməyiblər. 

Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniyada seçki kampaniyası zamanı baş verib. Hadisə nəticəsində Tramp yaralanıb və tədbir iştirakçılarından biri isı  ölüb.

İran hakimiyyəti  isə  Amerika mediasının iddialarının əksinə olaraq, Trampa qarşı hər hansı sui-qəsd hazırlamadığını bildirib. 

CNN-in məlumatına görə, İranı Trampı güllələyən gənc amerikalı ilə əlaqələndirən heç bir məlumat yoxdur.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol