• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ administrasiyası İsrail hökumətinə Haniyəni öldürdüyü üçün qəzəblənib

ABŞ administrasiyası  İsrail hökumətinə Haniyəni öldürdüyü  üçün qəzəblənib
07.08.2024 09:21
İsrail HƏMAS sabiq lideri İsmayıl Haniyənin öldürülməsində əli olduğunu dərhal ABŞ adminstrasiyasına bildirib. Bu barədə "Washington Post” qəzeti etibarlı mənbələrə istinadən yazıb. 
 
 "İsrail Haniyənin öldürülməsi ilə bağlı şərh verməkdən imtina etsə də, dərhal ABŞ rəsmilərinə bu qətldə əli olduğunu bildirib”, - qəzet yazıb. 

Qəzetin həmsöhbətləri bildiriblər ki, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri Həniyənin iyulun 31-də öldürülməsinə təəccüb və qəzəblə reaksiya verib və bunu Qəzza zolağında atəşkəsi təmin etmək üçün aylarla davam edən səylərində uğursuzluq kimi qiymətləndiriblər.

Qəzetə görə,  ABŞ rəsmiləri həmçinin İsrailin Vaşinqtona xəbər vermədən dəfələrlə Hizbullah və İran komandirlərinə zərbələr endirməsindən də hiddətlənib.

Analitiklər Haniyənin Qətərdə yaşadığını və xaricə səyahət etdiyini qeyd edərək, "İsrailin baş naziri Benyamin Netanyahunun Tehranda olarkən HƏMAS liderini öldürməyə niyə üstünlük verməsi" sualını gündəmə gətirir.

"Əgər sizin məqsədiniz müqaviləni başa çatdırmaq idisə, onda niyə bunu Haniyə ilə indi və iranlıları cavab verməyə məcbur edəcək şəkildə etdiniz? - nəşr ABŞ-ın İsraildəki keçmiş səfiri Dennis Rossdan sitat gətirir.

"The Washington Post”un sitat gətirdiyi anonim İsrail rəsmisi Netanyahu ilə Bayden arasında keçən həftə telefon danışığının "gərgin” olduğunu təsdiqləyib.

Ötən həftə HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və Hizbullah lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şükrün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
 
İran və Hizbullah onların ölümlərinin qisasını alacaqlarına söz veriblər.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol