• $
  • £

"Qarabağ" "Ludoqorets"in qapısından 7 qol keçirərək pley-offa yüksəlib - Yenilənib

14.08.2024 00:40
"Qarabağ" Çempionlar Liqasının pley-offuna yüksəlib.

Ağdam klubu bu mərhələdə Xorvatiya çempionu "Dinamo" ilə qarşılaşacaq.

Komandalar arasında ilk oyun avqustun 20-21-də Zaqrebdə, cavab matçı isə 27-28-də Bakıda olacaq. Qalib komanda Liqa mərhələsinə vəsiqə qazanacaq.
 
 
 ***

118-ci dəqiqədə Yasin Benziya fərqlənib.Hesab 7:2 "Qarabağ"ın xeyrinə dəyişib.
 
***

112-ci dəqiqədə Patrik Andrade dubl edir - 6:2

***

İkinci əlavə hissədə "Qarabağ" 5-ci qolu vurur. Redon Cica hesabı 2:5 edir.
 
 ***

İlk əlavə hissənin başlanğıcında Toral Bayramov "Qarabağ"ın növbəti qolunu vurur - 2:4.

 ***

"Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında 90 dəqiqə başa çatıb.Ümumi hesab bərabər olduğundan, qalibi müəyyənləşdirmək üçün əlavə hissələr oynanılacaq.
 
 ***

Patrik Andrade 45+5-də hesabı 3:2 edir!
 
 ***

"Ludoqorets" (Bolqarıstan) - "Qarabağ" matçında hesab bərabərləşib.
 
45+1-ci dəqiqədə Yasin Benziya penalti zərbəsini dəqiq yerinə yetirib.Hesab - 2:2
 ***

22-ci dəqiqədə "Ludoqorets” penaltidən hesabı 2:1 edir.

***

13-cü dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirir - 1:1

***

"Qarabağ”ın hücumçusu Juninyo 7-ci dəqiqədə hesabı açıb - 0:1.
***

 Matç başladı.
 

 ***

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün baş tutacaq "Ludoqorets” (Bolqarıstan) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

"Ludoqorets Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Ludoqorets: Hendrik Bonmann, Anton Nedyalkov, Olivye Verdon, Diniş Almeyda, Son, Pedro Naressi, Deroy Duarte, Yakub Pyotrovski, Rik, Dua Kvadvo, Ruan Seko.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
İdman 23:36
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İdman 00:05
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
İran yığması DÇ-2026 üçün viza alıb
İdman 21:50
İran yığması DÇ-2026 üçün viza alıb
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
İdman 17:24
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
İdman 17:27
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
"Qarabağ"ın legioneri milliyə çağırıldı
İdman 19:00
"Qarabağ"ın legioneri milliyə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol