• $
  • €
  • ₽
  • ₺
  • £

HƏMAS-ın öldürdüyü 6 girovun cəsədi tapılıb

HƏMAS-ın öldürdüyü 6 girovun cəsədi tapılıb
20.08.2024 15:16
2023-cü il oktyabrın 7-də İsrailin məskunlaşdığı ərazilərə hücum zamanı Həmas silahlıları tərəfindən oğurlanan və əsirlikdə öldürülən 6 girovun cəsədi hərbçilər tərəfindən Qəzza zolağında tapılaraq İsrailə gətirilib. Bu barədə İsrail baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

"İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı zamanı 2023-cü il oktyabrın 7-də qətliam günü HƏMAS tərəfindən oğurlanan 6 girovun cəsədi tapılaraq İsrailə gətirilib”, - o, Telegram kanalında yazıb.
 
Hələ də Qəzzada HƏMAS tərəfindən girovluqda olan 109 İsrail vətəndaşı var.

Qalıqların tanınması Milli Məhkəmə Tibb İnstitutunda İsrail polisi ilə birlikdə aparıldıqdan sonra cəsədlərin tapılması barədə ölənlərin yaxınlarına məlumat verilib.

Baş nazir Benyamin Netanyahu 6 girovun ailələrinə başsağlığı verib. Netanyahu hökumətin girovları azad etmək üçün kifayət qədər səy göstərməməsi ilə bağlı tənqidlərə cavab verərək, "İsrail dövləti həm sağ, həm də həlak olan bütün girovlarımızı geri qaytarmaq üçün hər cür səy göstərməyə davam edəcək" deyib.

İsrail prezidenti İsaak Hersoq da Qəzza zolağında cəsədləri tapılan girovların ailələrinə başsağlığı verib. Prezident həmçinin vurğulayıb ki, İsrail bütün girovların qaytarılması üçün səylərini davam etdirməyə borcludur.
 
"Bizim bir dəqiqə belə dayanmağa haqqımız yoxdur. Biz oğurlananların hamısını evə gətirmək üçün bütün vasitələrdən istifadə etməliyik”,  -  Hersoq deyib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
Dünya 22:35
İsrail ordusu HƏMAS və "Hizbullah" üzvlərinə hücum edib
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Dünya 21:07
İstanbulda narkotiklərlə bağlı 164 nəfər həbs edilib
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Dünya 18:24
Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
Dünya 23:50
Si Cinpin Vaşinqton səfərini başa vuraraq Çinə yola düşüb
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Dünya 23:06
ÜST rəhbəri yeni pandemiya təhlükəsi barədə xəbərdarlıq edib
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Dünya 21:20
Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
Dünya 17:04
Rusiya Ermənistana qaz tədarükünü bərpa edib
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Dünya 00:01
CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Dünya 23:04
Şahbaz Şərif və Pezeşkian Nyu-Yorkda regional vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol