• $
  • €
  • ₽
  • ₺
  • £

İnnovasiya və texnologiyanın birləşdiyi “INMerge” İnnovasiya Sammiti davam edir

İnnovasiya və texnologiyanın birləşdiyi “INMerge” İnnovasiya Sammiti davam edir
11.10.2024 17:16
10 oktyabr 2024-cü il tarixində Bakıda PASHA Holding-in təşkilatçılığı ilə "INMerge Innovation Summit”in açılış mərasimi baş tutub. İki gün davam edən sammit regionun innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorlar arasında əməkdaşlığı təşviq etmək, iştirakçılar arasında fikir və təcrübə mübadiləsi üçün platforma yaratmağı hədəfləyir.
 
Sammitdə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə "Fintech”, "Telekommunikasiya”, "E-ticarət”, "Süni intellekt”, "Marketinq” kimi önəmli və dünyanın diqqət mərkəzində olan mövzular müzakirə edilir.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşüblər.
 
PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında sammitin əhəmiyyətini yüksək dəyərləndirib: "Regionun əsas iqtisadi oyunçularından biri kimi biz cəmiyyətimizin inkişafını dəstəkləməkdə qərarlıyıq. İnnovasiya bizim üçün sadəcə bir anlayış yox, həm də tərəqqinin rəmzidir. Bu sammit vasitəsilə biz regionun innovasiya ekosisteminin inkişafına dəyərli töhfə veririk”.

Qeyd edək ki, tədbirin ilk günü qlobal və yerli spikerlərin çıxışları ilə yadda qalıb. O cümlədən "YouTube”un həmtəsisçisi Stiv Çen, "Harvard Business School”un professoru Linda Hill və digər nüfuzlu şəxslər sammit iştirakçıları qarşısında çıxış ediblər. Sammitin ikinci günündə isə "Starbucks”ın həmtəsisçisi Zev Siegl, "Amazon”un Baş texnologiya direktoru Verner Vogels və "Waze”in qurucusu Uri Levin kimi spikerlər çıxış edib.

Sammit çərçivəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov da "Fintech” panelində çıxış edərək, ödəniş həlləri sahəsində təklif olunan yeniliklərdən və bu texnologiyaların müştərilərə təqdim etdiyi faydalardan bəhs edib. Fərid Hüseynovun çıxışında qeyd etdiyi məqmalar Kapital Bank-ın maliyyə texnologiyalarının inkişafına verdiyi töhfəni və bankın bu sahədəki liderliyini bir daha vurğulayır.
 
Bundan əlavə Kapital Bank-ın "INMerge” İnnovasiya Sammitində olan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə virtual reallıq (VR) texnologiyasını sınaqdan keçirib. Sadə tapşırıqları yerinə yetirən iştirakçılar "Umico Market” və "Dukan”dan hədiyyələr qazanıblar. Stend tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol