• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcək

ABB Qarabağ Universiteti ilə əməkdaşlığa başladı 30 xanım tələbəyə təqaüd veriləcək
17.10.2024 16:23
Ölkəmizdə fəaliyyət göstərən universitetlərlə tərəfdaşlığı genişləndirərək universitet-biznes münasibətlərinə töhfə verən ABB bu istiqamətdə daha bir addım atıb. Bank Qarabağ Universiteti ilə də əməkdaşlığa başlayıb. ABB və Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Qarabağ Universitetində keçirilən tədbirdə sənədi ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov imzalayıb.
Razılaşma sənədi müxtəlif istiqamətlər üzrə əməkdaşlığı nəzərdə tutur. Belə ki, ABB Universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə təqaüd verəcək. Qarabağda təhsilin və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın şərəfinə təqaüd "Natəvan təqaüdü” adlandırılıb.
 
Yay tətili dövründə Qarabağ Universitetinin tələbələri üçün ABB-nin Xankəndi filialında və digər filiallarında, eyni zamanda, Bankın Baş ofisində təcrübə proqramları təşkil olunacaq. Bank əməkdaşları tərəfindən Universitetdə xüsusi təlimlərin təşkili, həmçinin ABB-nin Xankəndi filialının əməkdaşları üçün Universitetdə müvafiq təlim proqramlarının keçirilməsi də əməkdaşlıq planlarına daxildir.
 
Bundan başqa, ABB-nin dəstəyi ilə Qarabağ Universitetində karyera günlərinin keçirilməsi, burada ABB-nin tədris auditoriyasının yaradılması, birlikdə elmi konfransların və digər tədbirlərin təşkili, müştərək elmi-tədqiqat layihələrinin reallaşdırılması, qarşılıqlı ekspert-məsləhət dəstəyi də nəzərdə tutulur.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "ABB olaraq ölkəmizdəki bir çox universitetlərlə sıx əlaqələrimiz var. Məmnunuq ki, artıq Qarabağ Universitetinin də ilk tərəfdaşıyıq. Son illərdə təhsilə dəstək, biznes-universitet əməkdaşlığı sahəsində kifayət qədər təcrübə toplamışıq. Bu təcrübə gələcək layihələrimiz üçün faydalı olacaq. ABB-nin təsis etdiyi "Natəvan” təqaüdü də, ümid edirik ki, Qarabağ Universitetinin xanım tələbələri üçün böyük mənəvi dəyər və motivasiya yaradacaq, onlarda liderlik bacarıqlarının inkişafını dəstəkləyəcək. Qarabağı, Şərqi Zəngəzuru elm-təhsil, innovasiyalar məkanına çevirmək hamımızın birgə missiyamızdır”.
 
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Universitetə qəbul olunan tələbələrin, həmçinin burada çalışan akademik və inzibati heyətin göstəricilərinin yüksək olduğunu qeyd edib. Universitetdə təhsil səviyyəsinin yüksək olmasına xüsusi diqqət göstərildiyini vurğulayıb: "Dövlət rəhbərimiz Qarabağ Universiteti qarşında böyük strateji vəzifələr müəyyənləşdirib. Bu vəzifələri uğurla yerinə yetirmək üçün belə tərəfdaşlıqlar bizim üçün zəruridir. ABB ilə imzaladığımız bu memorandum faydalı bir təcrübə formalaşdıracaq, həm tələbə və müəllimlərimiz, həm ABB əməkdaşları üçün yeni imkanlar yaradacaq”.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol