• $
  • €
  • ₽
  • ₺
  • £

Özbəkistanda parlament seçkilərində fəallıq 71,52 faiz olub - Yenilənib

Özbəkistanda parlament seçkilərində fəallıq 71,52 faiz olub - Yenilənib
27.10.2024 19:02

Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə seçici fəallığı 71,52 %, yəni 14,2 milyon nəfərdən çox olub.Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhrom Kuçkarov brifinqdə bildirib.

"Saat 17:00-a olan məlumata görə, seçki məntəqələrində 14 milyon 264 min 994 seçici,ümumi siyahının 71,52 faizi səs verib”, - o deyib.

15:44

Yerli vaxtla saat 15:00-a olan məlumata görə, Özbəkistanda parlament seçkilərində seçici fəallığı 62,7 faiz təşkil edib.Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Baxrom Kuçkarov MSK-da keçirdiyi brifinqdə deyib.

19,9 milyon vətəndaşın səsvermədə iştirakı gözlənilir, onlardan 12,5 milyonu saat 15:00-a artıq seçkilərdə səs verib.

İlkin nəticələr oktyabrın 28-də elan olunacaq.

11:49

Özbəkistanda parlament seçkiləri keçirilir.Bu barədə yerli Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş" Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və "Adolat" Sosial Demokrat Partiyası.

Seçici fəallığının saat 11:00-a 29,58% təşkil edildiyi qeyd olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb
Dünya 18:28
ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb
Kişineu aeroportunda mina aşkar edilib, terminal təxliyə olunub
Dünya 18:04
Kişineu aeroportunda mina aşkar edilib, terminal təxliyə olunub
Ermənistanda azərbaycanlı hərbçi 2 ay müddətinə həbs olunub - Yenilənib
Dünya 16:40
Ermənistanda azərbaycanlı hərbçi 2 ay müddətinə həbs olunub - Yenilənib
Aİ komissarı Marta Kos Ukraynanın 2027-ci ildə birliyə üzvlüyünü istisna edib
Dünya 15:29
Aİ komissarı Marta Kos Ukraynanın 2027-ci ildə birliyə üzvlüyünü istisna edib
Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır
Dünya 23:09
Sankt-Peterburqda Millerin tarixi malikanəsi yanır
Молдова вручила ноту протеста послу РФ из-за трех дронов
Dünya 16:40
Молдова вручила ноту протеста послу РФ из-за трех дронов
Trampın prezidentliyi dövründə təxminən 250 min viza ləğv edilib
Dünya 09:33
Trampın prezidentliyi dövründə təxminən 250 min viza ləğv edilib
Netanyahu “Flydubai” təyyarəsində hücum edəni zərərsizləşdirən sərnişinlə görüşüb
Dünya 23:39
Netanyahu “Flydubai” təyyarəsində hücum edəni zərərsizləşdirən sərnişinlə görüşüb
Danimarka səfiri Rusiya XİN-ə çağırılıb
Dünya 22:10
Danimarka səfiri Rusiya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol