• $
  • £

“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi: tələbələri geniş imtiyazlar gözləyir

“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi: tələbələri geniş imtiyazlar gözləyir
05.11.2024 15:49
Kapital Bank, Təhsilin İnkişafı Fondu (TİF) və "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən tələbələrə yeni həllər təqdim edən "TələbəPlus” kartının təqdimatına start verilib.

4 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən tədbirdə qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya daxil olan 14 nəfər I kurs tələbəsinə "TələbəPlus” kartı təqdim olunub.

Mərasimdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bu layihənin uğurlu olacağına inandığını, ali təhsil müəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartların tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrin təhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklərini vurğulayıb. 
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da öz növbəsində "TələbəPlus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O, bu layihənin dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələdə peşə və orta ixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsil sahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.

Kapital Bank-ın Korporativ Satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov bildirib ki, "TələbəPlus” tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcək.  Belə ki, kart tələbələrə gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacaq.

"Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyevsə "Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin bir hissəsi olmaqdan məmnunluğunu bildirib. 
 
Xatırladaq ki, "TələbəPlus” kartı təlim mərkəzləri, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri 200-dən artıq partnyorda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadə zamanı da tələbələr üçün güzəştlər tətbiq olunacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlərin "TələbəPlus”a qoşulması planlaşdırılır.
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 11:09
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
İqtisadiyyat 10:53
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
İqtisadiyyat 21:58
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
İqtisadiyyat 16:19
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandasıformalaşdırıldı
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
İqtisadiyyat 13:10
Əhməd Yaşar: Qarabağdakı layihələrin sığortalanması ilə bağlı məlumat bazası yaradılır
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
İqtisadiyyat 12:49
Atilla Oksay: Türkiyədə səhiyyə xərclərinin 76 %-i dövlət tərəfindən qarşılanır
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
İqtisadiyyat 12:45
Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən yeni açıqlama
Чистая прибыль банковского сектора Азербайджана выросла более чем на 29%
İqtisadiyyat 12:40
Чистая прибыль банковского сектора Азербайджана выросла более чем на 29%
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol